Gənc mütəxəssisin monoqrafiyası Çexiyada çap olunub
Avg 24 , 2018 | 07:32 / Elmi nəşrlər
Oxunma ( 2168 )

AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənovun müəllifi olduğu “Gəncə şəhərində sənətkarlıq sahələrinin innovativ texnologiyalarla tədqiqinin tətbiqi əhəmiyyəti – Tarixi-etnoqrafik tədqiqat” adlı monoqrafiya Çexiyanın paytaxtı Praqa şəhərində ingilis dilində çap olunub.

Kitab Gəncə şəhərinin tarixində ictimai və humanitar elmlər sahəsində Avropada xarici dildə nəşr edilmiş ilk monoqrafiyadır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən vəsaitin elmi redaktorları - AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, etnoqrafiya üzrə elmlər doktoru, professor Nərgiz Quliyeva və Çexiya İctimai Elmlər Akademiyasının professoru İlona Doroşinadır.

Nəşrin rəyçiləri isə ABŞ-ın Smitson İnstitutunun Antropologiya departamentinin rəhbəri, professor Pol Maykl Teylor və İtaliyanın Sapienza Universitetinin və Albaniyanın Aleksandr Moisiu Universitetinin fəxri üzvü, professor Sokol Pacukaydır.

Monoqrafiya dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin beytləri ilə başlayır. Kitab AMEA Gəncə Bölməsi ilə İtaliyanın Sapienza Universitetinin və İctimai Elmlər üzrə Aralıq Dənizi Hövzəsi Elmi-Tədqiqat Mərkəzinin birgə əməkdaşlıq layihəsinin elmi nəticələrini özündə əks etdirir.

Vəsaitin üz qabığında isə Britaniyanın paytaxtı London şəhərindəki “Viktoriya və Albert” muzeyində mühafizə edilən Gəncə xalçası təsvir olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.