Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası nümunəvi hesabat verib
Noy 20 , 2018 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 1891 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Bu iclasda İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının 2018-ci il üzrə yekun illik hesabatı dinlənilib. Hesabat məruzəsi ilə çıxış edən Şura sədri, dosent Əfsun Sucayev bildirib ki, rəhbərlik etdiyi qurumun cari il üçün qəbul olunmuş illik plana uyğun fəaliyyətini davam etdirmişdir. Onun sözlərinə görə, hesabat dövründə Şuranın təşkilatçılığı ilə artıq beşinci dəfə “Gənclər üçün Akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi məruzə" müsabiqəsi uğurla keçirilib: "Bu dəfə Azərbaycanın ən şanlı və şərəfli tarixi olan Cümhuriyyətin yaranmasının 100 illik yubileyinə həsr olunan gənc alimlərin, doktorant və disertantların elmə həvəsləndirilməsi məqsədi daşıyan bu müsabiqənin yekun nəticələrə görə, seçilən qaliblər diplom və pul mükafatları ilə təltif edilmişdirlər. Eyni zamanda İnstitutun 1 gənc mütəxəssisi “Akademik Əli Quliyev adına mükafat”a layiq görülüb".

Ə.Sucayev qeyd edib ki, İnstitutun magistratura hazırlığı üzrə məzunu Sevinc Həsənli cari ildə AMEA Rəyasət Heyətinin elan etdiyi “Magistr-2018” müsabiqəsi üzrə II yer tutmuş, diplom və pul mükafatı ilə təltif edilmişdir.

O qeyd edib ki, 04-09 iyul 2018-ci il tarixdə AMEA Kimya Elmlər Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə kimya sahəsində tədqiqatlar aparan gənclər üçün “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir keçirilib. Həmin tədbirdə İnstitutumuzun 5 fəal gənci iştirak etmiş, sertifikatla təltif olunmuşdurlar. Tədbir çərçivəsində kimyanın aktual mövzularına həsr olunan interaktiv müzakirələr təşkil olunub. Bir panel üzrə təşkil olunan müzakirədə “Fizioloji fəal maddələrin sintezi və tədqiqində yeni yanaşmalar” mövzusunda Aşqarlar Kimyasında son illər aparılan beynəlxalq müştərək tədqiqatlar haqqında məruzə edilib.

İclasda qeyd edilib ki, institutda “Sabahın alimləri” VII Respublika müsabiqəsi çərçivəsində 2 məktəbli – Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdləri Lalə Allahverdiyevə və Cavad Cəbrayılov elmi layihə hazırlayıb yerinə yetirmişlər. Onlardan Cavad Cəbrayılov İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayevin rəhbərliyi ilə Türkiyənin İzmir şəhərində 04-10 iyun 2018-ci il tarixlərdə keçirilən “OKSEF-2018” beynəlxalq müsabiqənin final mərhələsinə seçilərək 38 xarici ölkədən 450 iştirakçının qatıldığı bu layihə olimpiyadasında ölkəmizə bürünc medal qazandırmışdı.

Aşqarlar Kimyası İnstitutunun ayrı-ayrı laboratoriyaları üzrə olmaqla 5 gəncindən ibarət tədqiqat qrupu da cari ildə AR Prezidenti yanında Elmin İnkişaf Fondu və AR  Gənclər və İdman Nazirliyinin birgə gənc tədqiqatçılar üçün elan etdiyi “Mənim ilk qrantım” adlı qrant müsabiqəsinin qalibi olmuş, hazırda layihə çərçivəsində öz elmi tədqiqatlarını həyata keçirirlər.

Məruzə dinlənildikdən sonra, səsləndirilən bu və digər məslələr ətrafinda fikir mübadiləsi aparılıb.

İclasda çıxış edən İnstitutn direktoru akademik Vaqif Fərzəliyev Şuranın nümunəvi fəaliyyət göstərdiyini rəhbərlik etdiyi elmi müəssisənin elmi-ictimai fəaliyyətində böyük rol oynadığını vurğulad, ümumilikdə hesabat məruzəsini məqbul hesab etdi. Sonda hesabat Elmi Şura üzvlərinin yekdil səsverməsi ilə qəbul olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.