AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bölmələrinin hesabatları dinləniləcək
Dek 11 , 2018 | 10:24 / Mühüm hadisələr
Oxunma ( 2106 )

18 dekabr 2018-ci il saat 15.00-da AMEA Geologiya və Geofizika İnstitutunda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Bölmələr üzrə (Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Biologiya və Tibb Elmləri Bölməsi, Yer Elmlər Bölməsi, AMEA Gəncə Bölməsi) hesabatı dinləniləcək. Qeydiyyat: saat 14.30 – da başlanır. Ünvan: H.Cavid pr.,119, AMEA şəhərciyi, Geologiya və Geofizika İnstitutu, akt zalı

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.