Fotos
AMEA FİZİKA İNSTİTUTUNDA GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ İCLASI KEÇİRİLİB
Dek 13 , 2018 | 05:28 / Mühim hadisələr
Oxunma ( 223 )

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş iclası keçirilib. İclası giriş sözu ilə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov açıb. Q.Dəmirov Ümummilli lider Heydər Əliyevin dövlətimizin müstəqillik qazanmasında, gənclərin vətənpərvər, milli ruhda formalaşmasında misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu öndərin elmimizə, təhsilimizə göstərdiyi diqqət və qayğısı  nəticəsində minlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərindəki ali məktəblərə göndərilmiş və ixtisaslı kadr kimi yetişərək ölkənin müxtəlif sahələrində çalışmağa başlamışlar. O, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərəfindən uğurla davam etdiyini vurğulayıb. Q.Dəmirov bildirib ki,  ayrı-ayrı vaxtlarda qəbul edilmiş dövlət proqramları bilavasitə Azərbaycan gənciliyinə göstərilən diqqətin nəticəsidir.

İclas İnstitutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırovanın çıxışı ilə davam edib. Dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin xalqın istəyi  ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra gördüyü işlərdən bəhs edib. S.Bağırova ümummilli liderin beynəlxalq əlaqələri genişləndirmək istiqamətində gördüyü işlərdən söhbət açıb. Qeyd edib ki, Heydər Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən biridir.

Daha sonra Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirindən sonra GAMŞ-ın 11 nəfərdən ibarət yeni tərkibi müəyyənləşib.

Sonda çıxış edən S.Bağırova bildirib ki, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə  İnstitutun Həmkarlar Komitəsi tərəfindən AMEA-nın instituları arasında ilk dəfə olaraq Fizika İnstitutunda mini stadion yaradılıb.  Stadionun hazırlıq işləri başa çatmaq üzrədir. Bildirib ki, burada badminton, voleybol, basketbol oyunları keçiriləcək. Həmçinin, İnstitutun əməkdaşları şənbə və bazar günləri də stadiondan istifadə edə bilərlər.

S.Bağırova bildirib ki, bütün bu görülən işlər müdiriyyətin gənclərə göstərdiyi diqqətdən irəli gəlir. Gənclər də öz növbəsində onlara yaradılan şəraiti qiymətləndirməlidirlər.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.