Fotos
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 3 bölmə üzrə illik hesabat məruzələri dinlənilib
Dek 18 , 2018 | 07:27 / Mühim hadisələr
Oxunma ( 461 )

18 dekabr 2018-ci il tarixində AMEA Geologiya və Geofizika İnstitutunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının Bölmələr üzrə hesabatına start verilib. Fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovun sədrliyi ilə baş tutan ilk hesabat günüdə Fizika-Riyaziyyat və Texnika, Biologiya və Tibb, həmçininYer Elmləri bölmələrinin hesabatı dinlənilib.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov aşılış nitqində təqdim olunacaq hesabatlarda elmi fəaliyyətin daha geniş qabardırılması, rəhbərlik etdiyi Şuranın növbəti ilin əvvəlində baş tutacaq beş illik heabatına hazırlığı ilə əlaqədar nəzərdə tutulan məsələlərin diqqətə alınmasının zərurətini xüsusi vurğulayıb.

İlk öncə, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova Biologiya və Tibb Elmləri Bölməsinin hesabatını yerli şuraların sədrlərinin, müavinlərinin və elmi katiblərinin iştirak etdiyi geniş iclasda təqdim edib. Daha sonra AMEA İnformasiya Texnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Adıgözəlova və AMEA Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəqsanə Əsgərova müvafiq olaraq Fizika-Riyaziyyat və Texnika, həmçinin Yer Elmləri bölmələrinin elmi-ictimai faəliyyətləri haqqında məlumat veriblər.

Hesabatlarda AMEA-nın elmi müəssisələrində çalışan gənclərin təşkilatlar üzrə kəmiyyətcə statistik göstəriciləri, beynəlxalq və yerli elmi tədbirlərdə gənclərin fəallığı, elmi əsərlər, o cümlədən “Web of Sceince” və “Scopus” bazalarında referatlaşan jurnallarda nəşr olunan məqalələrə görə ötən illərlə müqayisədə cari ilin nailiyyətləri geniş müzakirə edilib. Bundan savayı, hesabat ilində yerli şuralar tərəfindən təşkil olunan beynəlxaqlq və yerli elmi konfrans, seminarlar və s., həmçinin elmi maarifləndirmə istiqamətində həyata keçirilən layihələr, eləcə də sosial-ictimai və idman tədbirləri haqqında iştirakçıların diqqətinə çatdırılıb.

Ümumi müzakirələrdən sonra bölmələr üzrə hesabatlar qiymətləndirilib, bəzi müəssisələrdə fəaliyyət göstrən şuralarının fəaliyyətində aktivliyin artırılması tövsiyə edilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.