Fotos
Yaradıcı insanların vətəni daxildə və xaricdə təbliğ etməyə xidmət edən yeni böyük layihəyə başlanılıb
Yan 09 , 2019 | 04:13 / Mühüm hadisələr
Oxunma ( 2575 )

“Şəhər incəsənəti” layihəsinin yaradıcı heyəti, Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəsislər Şurası, Azərbaycan Memarlıq və İncəsənət İnstitutu, Qobustan Milli Tarix bədii qoruğu, Xəzər Universiteti, Mirzə Ələkbər Sabir fondu və Azərbaycan Arxeoloqlar Cəmiyyəti İB-nin tərəfdaşlığı və dəstəyi ilə ölkə miqyaslı təsviri və tətbiqi incəsənət layihəsinə start verib. Layihənin ilk addımı olaraq “Şəhər incəsənəti. Azərbaycan” (City Art Azerbaijan) sizləri “Qədim şəhərin müasir çaları ol!” adlı təsviri və tətbiqi incəsənət müsabiqəsinin keçirilməsi qərara alınıb.

Yaradıcılıq  müsabiqəsi, sərgi;  təlim-treyninqlər; əyani iş yaradılması və nümayişi formatında baş tutacaq layihənin ideyası müasir şəhər incəsənəti trendlərinin və dəbinin həmvətənlərimiz və xüsusən də, müasir gənclər arasında düzgün təbliğinə yönəlib. Həmçinin Bakının şəhər incəsənətinin və xalqımızın tarixini və istedadını ölkə daxilində və xaricində təbliğinə xidmət edir.

Layihə Azərbaycanın digər şəhərlərində incəsənətin inkişafının dəstəklənməsini ehtiva edir. Gənclərin yaşadıqları şəhərləri gözəlləşdirmək və bu məqsədli, mütərəqqi ideyalarının təşviqi və gələcəkdə tətbiqini, “Şəhər incəsənəti” ideyasının və anlayışının gənclər arasında təbliği və genişləndirilməsini nəzərdə tutur. Bu peşəkarlar, xüsusəndə yaradıcı gənclər arasında sərbəst texnika ilə incəsənət üzrə müsabiqəni, incəsənətin və onunla bağlı aktuallıq kəsb edən sahələr üzrə təlimlər və sonda müsabiqə qaliblərinin tariximizin özünəməxsusluğunu təcəssüm etdirən yaradıcı əyani işi şəklində həyata keçiriləcək. Layihənin müvafiq incəsənət sahələri üzrə bitərəf və müstəqil münsiflər heyəti tərəfindən seçilən qalibinin mükafatlandırılması, onlara diplom və sertifikatların verilməsi, müsabiqənin nəticəsində qaliblər üçün peşəkar təlimlərin və usta dərslərinin (master klass) keçirilməsi və üçüncü mərhələdə onların vətənimizin tarixi keçmişi ilə bağlı yaradıcı əyani işinin görsəl məkanda təqdimatının təşkili ilə sonlandırılması nəzərdə tutulur. Layihə çərçivəsində müxtəlif səpkidə sərgilərin keçirilməsi və akademik ekskursiyaların təşkili iştirakçıların fəaliyyətini təbliğ etmək və yeni elmi bilikləri yaradıcı auditoriyaya aşılamaq məqsədi daşıyır.

Layihənin qarşıya qoyduğu vəzifələr 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsəd və vəzifələrini əsas götürərək ölkədə turizmin,  mədəniyyətin və tarixi irsin gənclər arasında təşfiqi və təbliği, onlarda bu sahələrdə potensiallarını artırmaq və inkişaf etdirmək imkanlarını yaratmaqdır.

Müsabiqənin şərtlərinə gəldikdə qeyd olunur ki, tariximizi yeni nəslə, yeni çalarlarla aşılamaq həvəsində olan hər kəs müsabiqənin iştirakçısı ola bilər. Bu zaman həmin iştirakçı istənilən texnikadan (“conceptual art”, “photo art”, rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi sənət, qraffiti, “video art”, “installation art”, “art performance” və s.) istifadə etməklə öz ideyasını gerçəkləşdirə bilər.

Hazırlan işlər həftə içi saat 11:00-17:00 arası aşağıdakı ünvana təhvil verilə bilər: Azərbaycan, Bakı, Məhsəti küçəsi 41 (Xəzər Universitetinin Neftçilər korpusu), Azərbaycan, Bakı, H.Cavid pr., 115 (AMEA Memarlıq və İncəsənət institutu, IV mərtəbə), cityart.azerbaijan@gmail.com, https://www.facebook.com/cityartazerbaijan, instagram: cityart.azerbaijan, Mobil nömrəsi: +994(55) 454 04 75 (Səidə Musayeva) +994(55) 739 88 76 (Pərvanə Əliyeva).

İşlərin qəbulu üçün son tarix 2019-ci il martın 11-i, bazar ertəsi saat 17:00-a kimidir. 

İşləri təhvil verərkən müraciət blankına ad, soyad, təvəllüd, işin adı, ölçüsü, texnikası və konsepsiyası qeyd olunmalıdır. Hər iştirakçı yalnız bir iş təqdim edə bilər. Bu blankı https://drive.google.com/file/d/1Bigx0Dxdi_l3btR2A9YfiAj4qEAUKEXd/view blank ünvanından və ya təhvil verdiyiniz şəxsdən əldə edə bilərsiniz. Müraciət blankı doldurulmadığı halda işiniz müsabiqədə iştirak etməyəcək.

Dörd mərhələli layihənin yekunu olaraq qalib iş şəhərin bir guşəsində nümayiş olunacaq. İlk mərhələni keçən iştirakçılara hədiyyə və sertifikatlar, layihənin qalibinə isə xüsusi mükafat, diplom və əsərinin ictimaiyyətə təqdim olunması şansı veriləcək.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.