Fotos
AMEA-nın Gənc alim və Mütəxəssislər Şurası ilə Professorların Koordinasiya Şurası birgə əməkdaşlıq edəcək
Yan 28 , 2019 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2047 )

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın Professorlarının Koordinasiya Şurası və həmin qurumun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə heyətinin üzvlərinin iştirakı ilə iclas təşkil olunub. İkitərəfli görüşün məqsədlərini ölkə rəhbərliyinin və AMEA Rəyasət Heyətinin elmimizin inkişafı ilə bağlı yürütdüyü siyasətin prinsiplərinə və vəzifələrinə uyğun olaraq 2019-cu il üzrə nəzərdə tutulan faəliyyətdə müştərəkliyin təmin olunması, o cümlədən    AMEA-da və respublikanın ali təhsil müəssisələrində elmi fəaliyyət göstərən əməkdaşların, həmçinin gənclərin fəaliyyətində məhsuldarlığın artırılması təşkil etmişdir.

İclası giriş nitqilə açan AMEA-nın professorlarının koordinasiya Şurasının sədri, riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyev təmsil etdiyi təşkilatın 2019-cu il üzrə nəzərdə tutulan fəaliyyəti, həmçinin AMEA-nın  Gənc Alim və Mütəxəssislər Şurası ilə müştərək layihələri  haqqında məlumat verib. AMEA-nın  Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov öz növbəsində rəhbərlik etdiyi gənclər birliyinin bu ilki fəaliyyət planından bəhs edərək qeyd edib ki, fevral ayında keçiriləcək “Gənc bioloqların qışı məktəbi ‒ 2019”, ümumurepublika müəssisələrində ilboyu təşkil olunacaq elmi seminarlar və s. nəzərdə tutulan layihələrə AMEA-nın professorlarının koordinasiya Şurasının da cəlb olunması faydalı olacaqdır.

Geniş müzakirələrlə yadda qalan iclasda birgə fəəliyyətlə əlaqədar bir neçə mühüm qərar qəbul edilmişdir ki, bunlara AMEA-nın rəhbərliyi tərəfindən təsdiqlənən illik plana uyğun olaraq gənc alim və professorların ümumrespublika elmi seniminarlarının təşkili, Azərbaycanda yerinə yetirilən elmi tədqiqat nəticələrinin aprobasiyasında şəffaflığı təmin etmək və keyfiyyəti artırmaq məqsədilə  müvafiq işlərin həyata keçirilməsinin təşkili, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri nəşrlər üçün tövsiyə etdiyi juranllar sırasında yer alan “Gənc tədqiqatçı” dərgisinin Redaksiya heyətinə gənc professorların da cəlb olunması aiddir.     

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.