AMEA Genetik Ehtiyatlar İnstitutunun gənc alimi elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülüb
Fev 01 , 2019 | 04:26 /
Oxunma ( 1908 )

Prezidenti İlham Əliyevin "2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" 2019-cu il 1 fevral tarixli Sərəncamına əsasən, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə Gənclər üçün Prezident mükafatları verilib.

Elm sahəsi üzrə bu mükafata Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov layiq görülüb.

Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.