Fotos
2 fevral - Gənclər Günü"ndə istedadlı və yaradıcı gənclər mükafatlandırıldılar
Fev 04 , 2019 | 12:16 / Mühüm hadisələr
Oxunma ( 1835 )

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 2018-ci ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıb.

Əvvəlcə 2018-ci ildə Azərbaycan gənclər sahəsində həyata keçirilən tədbirləri əks etdirən videoçarx yayımlanıb.

Mərasimdə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr, gənclərimiz üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Həmin tarixdən başlayaraq, Azərbaycan Gəncləri Günü respublikamızda geniş qeyd olunur. Gənclər və İdman Nazirliyi tərəfindən hər il Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. İstedadlı və yaradıcı gənclərin mükafatlandırılması da məhz belə tədbirlərdən biridir.

Tədbirdə 2018-ci ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, təhsil sahələrində fərqlənən gənclər təltif olunublar.

Bundan başqa, dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyəti ilə seçilən bir sıra gənclər təşkilatları da mükafatlara layiq görülüb.

Mükafatlandırma mərasimində Şamaxı şəhərinin 2019-cu il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan edilib. Bildirilib ki, Şamaxı “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub.

“Gənclər paytaxtı”nın rəmzi açarı Şamaxı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.