Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
Fev 05 , 2019 | 04:15 /
Oxunma ( 86 )

AMEA-nın  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açıb. O, 2 fevral-Gənclər Günü münasibəti ilə Şura üzvlərini, institutun gənc əməkdaşlarını  təbrik edib. Şura sədri Gənclər gününün MDB məkanında ilk dəfə Azərbaycanda qeyd olunmasını qeyd edib.  Həmçinin gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrildiyini bildirib. Tədbirdə İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının üzvləri Günay Həsənova “İlham Əliyevin gənclərə dair siyasəti”, Aysel Xudiyeva isə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə dövlət proqramı” mövzusunda məruzə ilə çxış edib. Çıxışlarda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixində imzaladığı “Azərbaycan gəncləri 2017-2021-ci illərdə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının Respublikada gənc nəslin inkişafına böyük  təkan verdiyini qeyd edilib. Sonda institutun elmi-ictimai fəaliyyətində fərqlənən  bir qrup gəncə təşəkkürnamə təqdim edilib. Hal-hazırda İslam inkişaf bankının təqaüd  proqramı ilə Almaniyada doktorantura təhsilini davam edən Vüsal Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutun “İlin Gənc Alimi” nominasiyası ilə təltif edilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.