Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda beynəlxalq və respublika bilik olimpiyadalarında fərqlənən magistr və məktəblilərlə görüş keçirilib
Fev 05 , 2019 | 04:54 / Görüşlər
Oxunma ( 2099 )

 Bu gün Azərbaycan Milli Elmlər Akademiyası akad. Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda beynəlxalq və respublika elmi layihə olimpiyada, bilik yarışlarında fərqlənən magistr və məktəblilər və onların elmi rəhbərləri ilə görüş keçirildi. Görüşdə Türkiyənin İzmir şəhərində keçirilən “OKSEF-2018” məktəblilərin beynəlxalq elmi layihə olimpiyadasının bürünc medalçıları, Azərbaycan Britaniya Kollecində keçirilən Bilik sərgisinin gümüş medalçıları və “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin iştirakçıları iştirak edirdi.Tədbir iştirakçılarını salamlayan AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev istər orta ümumtəhsil, istərsə də ali məktəblərdə istedadlı gənclərin aşkara çıxarılıb, elmə cəlb olunması Akademiya rəhbərliyinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir. O qeyd etdi ki, Akademiyanın Kimya Elmlər Bölməsinə daxil olan İnstitutların hamısında, o cümlədən Aşqarlar Kimyası İnstitutunda mütəmadi olaraq tələbə, magistr və məktəblilərlə görüşlər keçirilir, onların elmi tədqiqatlar aparılan laboratoriya, cihaz-avadanlıqlarla yerində tanış olmalarına hər cür imkan yaradılır: “Son illər ali məktəblərin bakalavriat və magistrlərindən ibarət “Sabah” qrupları hər il 3 ay burada təcrübə keçir, diplom işlərinin eksperimental hissəsini yerinə yetirirlər. Bu təcrübə özünü doğrultduğu üçün Bakı, Lənkəran, Sumqayıt Dövlət universitetlərini bitirən bakalavriatlardan bir neçəsi məhz bu institutda magistr, sonra doktorant qalıb, elmi tədqiqatla məşğuldurlar”.

V.Fərzəliyev qeyd etdi ki, gənclərin elmə cəlb olunması üçün müxtəlif həvəsləndirmə tədbirləri keçirilməli, onlara diqqət və qayğı göstərilməlidir.

İnstitut Həmkarlar Təşkilatının sədri k.ü.f.d., dosent Elxan İsakov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d., dosent Əfsun Sucayev çıxış edərək magistr və məktəblilərin əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirdilər.

Sonda akademik V.Fərzəliyev elm olimpiyadaları və bilik sərgisində fərqlənən məktəblilər, magistrlər və onların elmi rəhbərlərinə təşəkkürnamələr təqdim etdi.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.