Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının monitorinq qrupu Zoologiya İnstitutunda
Sen 25 , 2014 | 04:00 / Monitorinq
Oxunma ( 3327 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının monitorinq qrupu gənc tədqiqatçılarla görüşlərini davam etdirir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Zoologiya İnstitutunda keçirilmiş görüşdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov bildirib ki, rəhbərlik etdiyi şuranın fəaliyyəti gənc tədqiqatçıların intellektual inkişafı istiqamətində addımlar atmaq, eləcə də elmi-tədqiqat işlərinin təkmilləşdirilməsini təmin etmək və stimullaşdırıcı tədbirlər həyata keçirməkdən ibarətdir.

Qeyd edilib ki, AMEA Rəyasət Heyətinin müvafiq iclasında şuranın fəaliyyət planı təsdiqlənib.

Gənc tədqiqatçıların fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayan F. Salmanov Zoologiya İnstitutunun gənc alimlərindən maraqlı təkliflər gözlənildiyini və onların reallaşdırılmasına dəstək veriləcəyini diqqətə çatdırıb.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova qeyd edib ki, bu elmi müəssisədə çalışan gənclərin hər bir təşəbbüsü rəhbərlik tərəfindən dəstəklənir və gənc tədqiqatçıların elmə marağını artırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görülür.

Şuranın monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev “Bakı Elm Festivalı-2014”, “Azərbaycan alimlərinin I qurultayı” və digər keçiriləcək böyük elmi-ictimai tədbirlərin təşkilatçılığının gənclərə həvalə olunduğunu xatırladıb.

İnstitutun gənc mütəxəssisləri təkliflərini bildiriblər.

Sonra monitorinq qrupunun üzvləri gənc mütəxəssislərin iş şəraiti ilə maraqlanıb və gənclərin irəli sürdüyü təkliflər ətrafında institutun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərovla fikir mübadiləsi aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.