Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc alim və mütəxəssislər şurası monitorinq keçirib
İyl 10 , 2014 | 02:00 / Monitorinq
Oxunma ( 4680 )

AMEA Gənc alim və mütəxəssislər şurası (GAMŞ) İdarə Heyətinin Monitorinq Qrupu AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimləri ilə görüşüb.
Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən tədbirlərin əsas məqsədinin gənclərin elmə marağının artırılması olduğunu bildirib. Regionlarda elmin təbliği, gənc alim və mütəxəssislər üçün elmi-ictimai tədbirlərin təşkili, onların beynəlxalq konfrans, seminar, təlim kursları və s. iştirakı, asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar həyata keçirilən çoxsaylı layihələr haqqında gənclərə ətraflı məlumat verən sədr, onların bu proseslərdə fəal iştirakını tövsiyə edib.
Sonra institutun GAMŞ-nın sədri Nüsrət Siracov rəhbərlik etdiyi Şuranın fəaliyyəti barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
Şuranın Monitorinq Qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev çıxış edərək bildirib ki, keçirilən monitorinqlərin məqsədi AMEA institutlarında gənclər üçün yaradılmış şəraitlə yaxından tanış olmaq, onların problemləri, təkliflərini dinləmək və həllinə nail olmaqdır.
İnstitutun gənc mütəxəssislərindən - Fərid Mustafayev, Nigar Mustafayeva, Elnur Nəsirov və başqaları gənc tədqiqatçıların beynəlxalq konfraslarda iştirakı, impakt faktorlu jurnallarda məqalələrin nəşri və digər məsələrlə bağlı təklif və tövsiyələrini səsləndiriblər.
Monitorinq qrupunun üzvləri – kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova və Məhəmməd Həşimov gənclərin müxtəlif suallarını cavablandırıblar.
Sonda Monitorinq Qrupunun üzvləri institutun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədovla görüşüblər. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.