Famin Salmanov: “Elmlə məşğul olan gəncliyimiz daha yüksək nailiyyətlər qazanacaq”
Fev 10 , 2015 | 12:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 3406 )

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovdur:

- Gənc alimlərin fəaliyyəti, elmi işləri haqqında hansı fikirdəsiniz?

- Öncə, onu qeyd edim ki, respublika üzrə elmlə məşğul olan gənclərin əksəriyyəti məhz Azərbaycan Mİlli Elmlər Akademiyasının institut və təşkilatlarında fəaliyyət göstərir. Ona görə də hesabedirəm ki, gənclərimizin elmə münasibətini təhlil ediriksə, bu məsələyə elm məbədimiz hesab olunan akademiya müstəvisində baxmaq daha obyektiv olar.

Digər tərəfdən, belə bir təhlil müqayisə əsasında aparılmalıdır ki, əvvəlki illərə nisbətən hər yeni ildə elmi gəncliyin fəaliyyətində irəliləyişlər nəzərə çarpır. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda aparılan gənclər siyasəti də bu tendesiyada xüsusi rola malikdir. Gənclərimizin, o cümlədən, elmi gəncliyin inkişafına hərtərəfli dəstəyin verilməsi bu siyasətin düşünülmüş müasirtransformasiyası baxımından atılmış mühüm və zəruri addımlardan biridir ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin konsepsiyasında öz təzahürünü tapır. Bununlaəlaqədar, bu il başa çatacaq “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, yuxarıda qeyd olunan vacib məsələlərin birbaşa həllinə hesablanıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən kreativ gənclərin təşəbbüslərinin dəstəklənməsinə xidmət edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, gənclər üçün Prezident Mükafatının təsis edilməsi və s. kimi mühüm tədbirlərin həyata keçirilməsi isə bu siyasətin təməl və prinsiplərinə söykənir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı yekunlaşmamış, bunun məntiqi davamı kimi qiymətləndirilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı artıq gənclər siyasətinin müddətli deyil, dövriliyinin təmin olunmasını hədəfləyir və göstərilən təşəbbüs zamanaktuallığı baxımından təqdirəlayiqdir. Təsdiq olunmuş yeni programda fəal vətəndaş mövqeyi sərgiləyən və çağdaş dövrün tələblərinə adekvat potensiallı gəncliyin formalaşdırılması, ölkəninelmi, ictimai, tarixi, siyasi, mədəni və s. həyatında onların rolunun artırılması əsas vəzifələrdəndir. Ümumilikdə götürdükdə isə, 10 illlik İnkişaf Strategiyasının hədəf qrupları, məqsədləri və gənclərin inkişafında edilən çağırışlar, şübhəsiz ki, elmi gənclik daxil olmaqla, ölkə gəncliyinin kompleks-dinamik inkişafına rəvac verəcək.

Əlbəttə, akademiyanın yeni rəhbərliyinin akademiya üzrə apardığı islahatlar arasında xüsusi fərqlənən gənclər siyasətinin məqsədləri müasir elmi təfəkkürə malik, dünya elmi ilə ayaqlaşa bilən, ölkənin mədəni-kütləvi və ictimai həyatında fəallıq göstərən elmi zümrənin formalaşmasına istiqamətlənib.

Məhz bu strategiyadan irəli gələrək, 2013-cü ilin sonunda akademiyada mövcud elmi irsin qorunması və gənc nəslə ötürülməsini ziyansız həyata keçirmək məqsədilə, elmlə məğul olan gənclərinelmi-ictimai fəaliyyətində səmərəliliyin artırılması, onların stimullaşdırılması, milli ruhda tərbiyələndirilməsi, istedadlı şagird və tələbələrin gələcək peşəkar orientasiyasında elmə üstünlükvermələrinin təmini və s. əlaqədar AMEA Gənc Alim və Mütəxəssislər Şurası təsis olundu. Akademiyaya bağlı 42 təşkilatın eyniadlı şuraların koordinasiyasını həyata keçirən birliyin 3000-ə yaxın üzvü var.

Keçən bir ilin nəticəsi göstərdi ki, birliyin təsis olunması hədəf və məramlarına uyğun olaraq akademiya gənclərinin elmi-ictimai həyatına yaxşı mənada müdaxilə edə bildi. Məlumat üçün qeydedim ki, bir neçə gün öncə şuramız 2014-cü il üzrə apardığı fəaliyyət haqqında geniş ölkə ictimaiyyəti qarşısında hesabat konfransı təşkil etdi.

Hesabatda gənc alim və mütəxəssislərimizin bu il əldə etdiyi elmi nailiyyətlər, iştirak etdiyi yerli və beynəlxalq tədbirlər, təltifləri, elmi nəşrləri və s. haqqında geniş məlumat verildi. Bu ilinnəticələrini təhlil etsək, deyə bilərik ki, gənclərimizin elmi fəaliyyəti qənaətbəxş hesab oluna bilər.

- Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətində gənc alimlərin elmi iş prosesi hansı səviyyədədir?

- Ümumiyyətlə, şuramız AMEA RH tərəfindən təsdiq olunmuş illik Tədbirlər Planına uyğun elmi-ictimai fəaliyyət göstərir. Birliyin ümumi elmi-ictimai fəaliyyət istiqamətlərinə: Elmin təbliği və təşviqi; İnnovativ layihələrin koordinasiyası; monitorinq; Elmi nəşrlər; Regionlarla iş; Elmi-ictimai tədbirlərin təşkili; Beynəlxalq əlaqələr və İctimai əlaqələr struktur bölmələri daxildir ki, məhz belə fəaliyyət strategiyası ilə biz akademiya gənclərinin həm elmi-ictimai işlərini həm koordinasiya edir və həm də onun monitorinqini həyata keçiririk.

Qeyd olunanlarla əlaqədar, elmin təbliği bizim üçün xüsusi bir aktual məsələdir. Təbliğatın müxtəlif formalarından istifadə etməklə, potensiallı gənclərin elmə cəlb olunması məqsədilə artıqrespublika üzrə bir neçə qeyri-ənənəvi layihələr yerinə yetirmişdir. Bu məqdəslə məktəbli şagirdlər üçün təşkil olunan layihələrə - “Bu günün şagirdi və sabahın alimi” və ya “Əyləncəli elm”, “Məntiqlə düşün”adlı olimpiada, “Ən son elmi nailiyyətlərimiz” adı altında ümumrespublika üzrə keçirilən elmi seminarlar və s. daxildir. Bu layihələr çərçivəsində Akademiyaya bağlı elmi-tədqiqat müəssisələrində aparılan elmi araşdırmaların məhz gənclərin təqdimatında gələcəyin alimlərinə çatdırılması ilə bərabər, həmçinin həmin təşkilatların elmi-texniki bazaları, gənclər üçünyaradılmış imkanlar və s. nümayiş etdirilir. Layihələrin içtirakçıları olan tələbə və magistrlərin buraxılış və dissertasiya işlərinin mövzuları ilə əlaqədar akademiyanın müvafiq təşkilatlarında nəzəri və təcrübi tədqiqatların aparılması üçün yaradılacaq şərait haqqında da məlumat verilir. Bəzən həmin tədqiqatlarda iştirak edən tələbələr özlərini yaxşı tərəfdən göstərə bilirlərsə, sonrakı dönəmdə onlar akademiya ilə peşəkar əməkdaşlığa dəvət olunurlar. Bu təşəbbüs, həm də pesrpektivli gənclərlə əməkdaşlıq üçün bir sınaq dövrü olur. İndiyədək bu layihələr Gəncə, Şəki, Lənkəran, Şamaxı, Xaçmaz və s. rayonlarda təşkil olunub.

Əlbəttə bütün bu layihələr akademiyamız üçün gələcək potensiallı elmi-intellektual kardların hazırlanmasına hesablanıb. Bu çox vacib istiqamətdir. Akademiyada fəaliyyət göstərən gənclərə gəldikdə isə yerli Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən müvafiq institutların gənc tədqiqatçıları üçün “Ən yaxşı analitik məqalə”, "Ən yaxşı məruzə", “İlin ən yaxşı tədqiqat işi” elmimüsabiqələri təşkil olunmaqla yanaşı, müxtəlif nominasiyalı mükafatlar təsis olunur ki, bu da gənclərin fəaliyyətinin stumullaşdırılması və inkişafına verilən dəstəyin təzahürünü təşkil edir.

Bundan başqa, “Azərbaycan Respublikasının Neftçilər günü”nə və “Əsrin müqaviləsinin 20 illiyi”nə həsr olunmuş “Fundamental və tətbiqi elmlərin (yer, texnika, kimya elmləri) aktualproblemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq Elmi Konfransı da ümumilikdə respublika gənclərinin elmi fəaliyyətinə dəstək vermək mahiyyətini daşıyırdı. Belə ki, belə elmi konfransların keçirilməsi - yerli gənc alim və tədqiqatçıların qeyd olunan elm sahələri üzrə apardıqları ən son tədqiqatların beynəlxalq səviyyədə müzakirəsinə nail olmaq, xarici həmkarları ilə elmi müzakirələrin aparılmasını təmin etmək, beynəlxalq elm cəmiyyətinə adaptasıyada mövcud problemlərini önləmək, dünya gənc alim və mütəxəssisləri ilə birgə elmi əməkdaşlıq etmələri üçün imkan yaratmaq, müasir elmi yanaşmlarla tanış olmaq və gələcək tədqiqatlarında onların tətbiqinə nail olmaqla elmi klasifikasiyalarınıninkişaf etdirməsini stimullaşdırmaq məqsədlərini ehtiva edir.

- Sizin fikrinizcə, gənclərin inkişafına təkan verən amillər hansılardır?

- Gənclərin elmi fəaliyyətlərinin dəstəklənməsilə əlaqədar, qeyd etdiyim kimi lazım olan dəstək həm ölkə rəhbərliyi və həm də akademiya tərəfindən verilir. Təkcə bir faktı qeyd edim ki,akademiyada fəaliyyət göstərən gənclərin dünyanın tanınmış elmi-tədqiqat mərkəzlərində təlim, treninq və s. kurslarda iştirakı daha əvvəlki illərdə olduğu kimi təsadüfi hallarda deyil, belə demək olar ki, nisbətən kütləvilik təşkil edir. Bu il akademiyanın xəttilə 15-ə yaxın gənc tədqiqatçımız ən qabaqcıl ölkələrin elmi-tədqiqat istiqamətli təşkilatlarına PHD və Post-Doctoraltəhsillərilə əlaqədar ezam olunublar. Belə təşəbbüslər getdikcə artır və bu təqdirəlayiq missiyadr.

Lakin bunu da vurğulamaq yerinə düşər ki, akademiya ilə peşəkar əməkdaşlıq edən alimlərin aldıqları məvacib onların fəaliyyətilə üst-üstə düşmür. Onların sosial problemləri, xüsusilə mənzillə bağlı problemləri mövcuddur. Bu da müəyyən mənada gənclərin elmə konsentrasiyasında problemlər yaradılır. Doğrudur, akademiya bu məsələnin həllinə çalışır. Rəhbərlik tərəfindən reallaşmaqüzrə olan "Science city" layihəsi düşünürəm ki, bu məsələnin pilləli həllində öz bəhrəsini verəcəkdir. Biz gənclər belə problemin radikal həllinin mümkün olmadığını əlbəttə ki, bilirik. Tədrici dəolsa bu məsələnin sürətləndirilməsi indiki halda vacibdir.

Bundan savayı, Beynəlxalq elmi bazalara akademiya alimlərinin təmənnasız çıxışının təmin edilməsi, elmlər doktoru və fəlsəfə doktoru dərəcəsinə görə əlavələrin artırılması kimi vacibməsələnin tezliklə həll olunması prosesinin sürətləndirilməsi və ölkədə təhsil sistemində olduğu kimi elm sisteminin də Avropa ölkələrinin təcrübəsinə uyğunlaşdırılaraq “Boloniya” sisteminəkeçidin təmin olunması sözsüz ki, elmi gəncliyin inkişafına imkan verəcək.

- Bundan sonra hansı işlərə imza atmaq istərdiniz?

- Əlbəttə, bizim şuramız bir ildir ki, fəaliyyət göstərir. Bu ötən il bizim üçün bir sınaq dövrü olmasına baxmayaraq, biz fəaliyyətimizlə bağlı Azərbaycanda bir çox ilklərə imza ata bildik. Müəyyən təcrübə topladıq. Hədəflərimizə çatmaq üçün bu təcrübə vacib idi. Bundan sonrakı fəaliyyətimiz “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın məqsəd və vəzifələrini rəhbər tutaraq, elmi-kreativ gəncliyin inkişafı üçün yeni inovvativ ideyaları həyata keçirmək və Azərbaycan elminin sərhədlərini genişləndirmək kimi strategiya ilə bağlı olacaq.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.