Fotos
Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib
İyn 08 , 2015 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 3550 )

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının yığıncağı keçirilib.

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ölkədə dövlət gənclər siyasətinə xüsusi önəm verildiyini qeyd edib, Akademiya rəhbərliyinin diqqət və qayğısı nəticəsində gənclərin fəallığı artıb. O qeyd edib ki, Akademiyada elmi gəncliyin bir hərəkat kimi formalaşmasında onların fəallaşmasında AMEA Gənc Alim və Mütəxəssislər Şurası mühüm rol oynayır.

 İnstitut rəhbəri vurğuladı ki, Şuranın indiyə qədər olan sədri, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı ən gənc alim olmaqla, Şərqçünaslıq İnstitutunun elmi ictimai fəaliyyətində mühüm rol oynayıb və onun işindən həmişə razı qalıb. Lakin o, yeni yaradılan Dünya siyasəti İnstitutuna işə keçdiyi üçün Şərqşünaslıq İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilməsi zərurəti yaranıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov qeyd etdi ki, rəhbərlik etdiyi qurumun uğurlu fəaliyyət göstərməsində Şərqşünaslıq İnstitutunun gəncləri yaxından iştirak edir. Şura sədrinin sözlərinə görə, Akademiyada gənclərlə bağlı qeyri-ənənəvi layihələr həyata keçirilir ki, bu tədbirlər də gənclərin elmə cəlb olunmasından, stimullaşdırılmasından tutmuş onların asudə vaxtlarının səmərəli keçirilməsinə qədər bütün istiqamətləri əhatə edir. O bu prosesdə Şərqşünasliq İnstitutu da daxil olmaqla humnit və ictimai bölmələrin institutlarının gənclərinin daha yaxından iştirak etməsinin zəruriliyini vurğuladı. O, yeni seçiləcək sədrin işinə də indidən uğurlar arzuladı. Şərqşünaslıq İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev institutun gənc alimlərinin fəaliyyətini yüksək dəyərləndiriblər.

Sonda Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədrinin seçkisi keçirilib. İnstitutun elmi işçisi Pərviz Ağayev yekdilliklə qurumun sədri seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.