Kitabdan su mənbəyi kimi istifadə ediləcək
Avg 19 , 2015 | 02:00 /
Oxunma ( 854 )

Hər il dünyada 500 min uşaq çirkli içməli sudan zəhərlənərək dünyasını dəyişir. Bu prosesin qarşısını almaq üçün alimlər tərəfindən təkcə bilik yox, eləcə də su mənbəyi kimi istifadə oluna biləcək xüsusi kitab hazırlanıb.

“İçməli kitab” (Drinkable Book) adlanan bu kitabın səhifələri gümüş nano hissəciklərlə örtülüdür. Gümüşün suyun tərkibində olan bakteriyaları təmizləmək xüsusiyyəti elmə çoxdan məlum idi. Lakin bu metalın adi kağız parçası ilə birlikdə istifadəsi yenilikdir.

Kitabdan istifadə etmək üçün ondan bir səhifə qoparıb filtr qutusuna yerləşdirib suyu üzərindən süzmək lazımdır. Bir səhifə 99, 9% mikrobları zərərsizləşdirə bilir. Bu kitab vasitəsilə bir insanın 4 illik içməli su tələbatını ödəmək olar. Kitabın səfiələrində içməli su təhlükəsizliyi haqqında informasiya da tapa bilərsiniz.

Kitab Banqladeş və Afrikanın bir sıra ölkələrində sınaqdan keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkənwww.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.