AMEA-nın 70 illik yubileyi noyabr ayında böyük təmtəraqla qeyd olunacaq
Avg 20 , 2015 | 08:12 /
Oxunma ( 2519 )

“Azərbaycan Milli Elmlər Akakademiyasının 70 illik yubileyinə hazırlıq yüksək səviyyədə davam edir. Yubiley tədbirinin əsas binada keçirilməsi nəzərdə tutulub.

Yubileylə bağlı kitabın hazırlanıb nəşr olunması, filmin çəkilməsi, televiziya arxivlərində AMEA ilə bağlı videomaterialların toplanması da  yüksək səviyyədə təşkili edilib”. Bunu Modern.az saytına Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin mətbuat xidmətinin rəhbəri  Baba Əliyev elmi qurumun 70 illik yubileyinə hazırlığı  ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, tədbirin keçirilməsi noyabr ayının sonuncu 10 günlüyünə nəzərdə tutulub: “AMEA-nın 70 illik yubileyi ilə bağlı hazırlıqların böyük bir hissəsi artıq başa çatıb. Film çəkilişinə gəldikdə, az bir hissəsi qalıb, çəkiliş başa çatdıqdan sonra montaj prosesi başlayacaq. Düşünürəm ki,  film rəğbətlə qarşılanacaq və hər kəs razı qalacaq”.

1945-ci ildən bəri fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının bu ilin payızında 70 illik yubileyi keçiriləcək.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.