Elmi tədqiqatçılara ekspert statusu veriləcək
Yan 27 , 2016 | 02:49 / Mühüm hadisələr
Oxunma ( 2694 )

“Magistrantrların 25-30 faizi təhsillərini aspiranturada davam etdirmirlər. Magistr təhsilində əsas hədəf elmə gələnlərin sayını artırmaqdır”. 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil Komitəsinin sədri İsa Həbibbəyli qurumun “Elm haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə keçirilən bugünkü iclasında deyib.  O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası və onun institutlarında magistratura 2 hissədə olmalıdır: 

1) İxtisas və peşə yönümlü magistrlər
2) Tətqiqatçı magistrlər

“Biz bu addımı atmaqla elmin inkişafına, tövhə verə bilərik. Çünki ixtisasçı magistrlərlə yanaşı, tətqiqatçı magisrtlərin sayının artırılması gələcək elmin inkişafına birbaşa səbəb olacaq”.

İ.Həbibbəyli bildirib ki, Azərbaycanda elmi tədqiqatçılara ekspert statusu veriləcək. Onun sözlərinə görə, bununla da tədqiqat universitetinin elmi işçiləri Dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına cəlb ediləcəklər.

Komitə sədrinin sözlərinə görə, bu, elmi işçilərin elmi fəaliyyətlə məşğul olmasını stimullaşdıracaq. Çünki elmi işçilər dövlət proqramlarına cəlb olunmaqla əlavə gəlir əldə edəcəklər. Dövlət isə müxtəlif proqramların hazırlanmasında digər mütəxəssislərlə yanaşı elmi işçilərin fikirlərindən də faydalana biləcək.

İsa Həbibbəyli həmçinin bildirib ki, tədqiqat institutlarına alınan avadanlıqların, elmi təcrübə aparatlarının vergidən tam azad olunması lazımdır. “Çünki onsuz da maliyyə baxımından çətinlik çəkən elmi tətqiqat müəssisələri bir tərəfdən də bu avandalıqlara görə vergi ödəməsi elmin inkişafını ləngidir. Həmçinin elm və təhsil müəssisələrində, tədqiqat institutlarında ixtira və kəşflərindən yaranan sahibkarlıq subyektlərinin də vergidən azad olunması yaxşı olar. Çünki əgər hansısa alim, yaxud mütəxəssis ixtirası və əldə etdiyi kəşfindən, yaxud satdığı nədənsə vergi ödəyəcəksə, bu onun üçün əlavə maliyyə problemi yaradacaq. Vergidən azad olunsa isə təbii ki, bu həmin insanların gələcək də daha da elmi kəşflərinə stimul verəcək” 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.