Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan gənclərin elmi fəaliyyətinin stumullaşdırılması məqsədilə yerli şuralar tərəfindən bir sıra həvəsləndirici tədbirlər həyata keşirilir. AMEA Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən İnstitutun gənc mütəxəssisləri arasında “Ən yaxşı analitik məqalə” və "Ən yaxşı məruzə" müsabiqəsi təşkil olunur. AMEA Akademik Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən İnstitutun gənc mütəxəssisləri üçün “İlin ən yaxşı tədqiqat işi” müsabiqəsi keçirilir. AMEA Fizika və Zologiya İnstitutlarının Gənc Alim və Mütəxəssislər Şuraları tərəfindən İnstitut gəncləri arasında "Ən yaxşı məruzə" və “Ən yaxşı məqalə” müsabiqələri təşkil olunur. Kataliz və Qeyri üzvi Kimya və Aşqarlar Kimyası İnstitutlarının Şuraları tərəfindən “akademik Murtuza Nağıyev adına” və “Akademik Əli Quliyev adına mükafat”lar təsis edilmiş, bununla bağlı qeyd olunan təşkilatlarda elmi fəaliyyəti ilə fərqlənən gənc tədqiqatçılara diplom və pul mükafatları verilir. 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.