Fotos
Məktəblilər "Sabahın alimləri" layihəsində AMEA Mikrobiologiya İnstitutu ilə birgə əməkdaşlıq ediblər
Fev 17 , 2016 | 11:27 / ELMİN TƏBLİĞİ
Oxunma ( 4240 )

11-13 fevral 2016-cı il tarixində "Sabahın alimləri" V Respublika müsabiqəsində "Ekologiya, ətraf mühitin idarə olunması" kateqoriyası üzrə Bakı şəhəri 43 saylı məktəb lisey kompleksinin 10-cu sinif şagirdi Qasimova Zuleyxa Mehdi qızı və Biologiya kateqoriyası üzrə Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdləri - Əliyeva Ayşən Xalid qızı və Əliyev Ali Fuad oğlu AMEA Mikrobiologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində iştirak ediblər. Belə ki, Qasımova Zuleyxa "Azərbaycanın üzvi maddələr və ağır metallarla çirklənmiş su hövzələrinin təmizlənməsi üçün biobonların hazırlanması", Əliyeva Ayşən və Əliyev Əli isə "Применение новых органических композиций для повышения нефтеотдачи истощенных нефтяных месторождений" layihələri ilə müsabiqəyə qatılmış və hər iki layihə müsabiqənin 1-ci yerinə layiq görülüblər. Həmçinin "Sabahın alimləri"nə layiq görülən Əliyeva Ayşən və Əliyev Əli həmçinin Amerikada keçiriləcək müsabiqəyə də vəsiqə qazanıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.