Fev 05 , 2024 | 11:41 / Elmi nəşrlər
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc Tədqiqatçı” adlı elmi-praktiki jurnalının 2023-cü il üçün nəzərdə tutulan 4-cü nömrəsi işıq üzü görüb.
Jurnalın bu sayına AMEA-nın elmi müəssisə və təşkilatlarında, eyni zamanda respublikanın digər təhsil və tədqiqat müəssisələrində çalışan gənc alim, elmi işçi, doktorant, magistrantların müəllifliyi ilə elmin müxtəlif sahələrinə dair tədqiqat və xülasə tipli məqalələr daxil edilib.
Dövri olaraq ildə iki dəfə çap edilən jurnal bu ildən artıq ildə 4 dəfə (1-i ingilis dilində olmaqla) nəşr olunacaq. Jurnala məqalə qəbulu elektron formada ilboyu davam edir.
Jurnalın 4-cü sayınının elektron formasını gencalimler.az saytının arxiv bölümündən və ya şuraya yaxınlaşıb (AMEA əsas bina, otaq 324) çap olunmuş variantını əldə edə bilərsiniz.