Gənclərin Respublika Elmi Konfransı keçiriləcək
Okt 16 , 2026 | 01:38 / Digər elanlar
Oxunma ( 33 )

11 dekabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin dəstəyi və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə Gənclərin Respublika Elmi Konfransı keçiriləcək. Konfransın əsas məqsədi gənc alim və tədqiqatçıların elmi nəticələrini ictimaiyyətə təqdim etmək, müxtəlif elm sahələri arasında fikir və təcrübə mübadiləsini genişləndirmək, birgə tədqiqat təşəbbüslərinə təşviq etmək və gənclərin elmi fəaliyyətdə iştirakını gücləndirməkdir. Konfrans, həmçinin humanitar və ictimai elmlərdə yeni metodların tətbiqi, mədəni irsin qorunması və elmi fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı təkliflərin müzakirəsinə xidmət edəcəkdir.

Konfransa “Humanitar elmlər və mədəni irs”, “İctimai elmlər və sosial dəyişikliklər”, “Memarlıq və şəhərsalmanın humanitar və sosial məsələləri”, “Rəqəmsal texnologiyalar və elmi fəaliyyət”, “Süni intellekt və elmi tədqiqatlar” istiqamətləri üzrə məqalələr təqdim oluna bilər.

Məqalələrin göndərilməsi üçün son tarix – 25 noyabr 2026-cı il

Qəbul edilən məqalələr barədə məlumatın verilməsi –  01 dekabr 2026-cı il 

Konfransın keçirilmə tarixi –  11 dekabr 2026-cı il 

Qeyd: Konfransda iştirak edəcək şəxslər məqalələrini gakonfrans@anas.az  ünvanına  25 noyabr 2026-cı il tarixindən gec olmayaraq göndərməlidirlər. Həmçinin konfrans ilə bağlı əlavə suallar üçün gakonfrans@anas.az elektron ünvanına yazaraq əlaqə saxlanıla bilərlər.

Konfransın qaydaları haqqında məlumatla linkdən istifadə edərək ətraflı tanış ola bilərsiniz.

Hörmətlə,

Təşkilat Komitəsi

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.