Gənc tədqiqatçı jurnalı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclər Akademiyası tərəfindən ildə 4 dəfə (3-cü say ingilis dilində) olmaqla çap olunur. AMEA-nın institut və təşkilatlarında, eləcə də digər yerli və xarici elm və təhsil müəssisələrində çalışan və əsasən yaşı 40-a qədər olan gənc alim, elmi işçi, doktorant, dissertant, həmçinin magistr tələbələri jurnala tədqiqat və xülasə tipli məqalələrini təqdim edə bilərlər. “Gənc Tədqiqatçı” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli (Protokol №06-R) iclasının Qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elm sahələri üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri nəşrlər siyahısına daxil edilmişdir.
Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.