27 Sentyabr 2020 – Qarabağa qovuşmaq və ədalətin bərpasına aparan yol
Sen 28 , 2021 | 09:15 / Müsahibələr, çıxışlar
Oxunma ( 2745 )

2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün davam edən  2-ci Qarabağ savaşı ilə Azərbaycan xalqı 32 illik Vətən həsrətinə son qoydu. Azərbaycan Respublikası Prezidenti cənab İham Əliyevin dediyi kimi, bu bizim haqq savaşımız idi və biz öz torpaqlarımızda ədaləti bərpa etmək üçün vuruşurduq. Hər bayramlarda, şənliklərdə “gələn il bu bayramı Qarabağda, işğal edilmiş ərazilərimizdə qeyd edək” arzusu ilə yaşayırdıq. Artıq bu arzumuz gerçək olub. Savaşın ilk günlərindən dövlətimizin etdiyi səfərbərlik çağırışlarına Azərbaycan oğulları ailələrini, sevdiklərini arxalarında buraxaraq tərəddüd etmədən, inamla döyüşlərə qatıldılar. Onların bir çoxu birinci Qarabağ savaşının ağrı-acısı ilə böyüyən körpələr idi, hansı ki, indi 2-ci Qarabağ müharibəsinin, 44 günlük Vətən savaşımızın cəngavərlərinə çevrildilər. Bu Vətən savaşı bizə vüqarımızı geri qaytardı,1-ci Qarabağ savaşının acısını unutdurdu, dövlətimizə yeni nəfəs verdi, dünyaya milli kimliyimizi sübut etdi, birliyimizi qüvvətləndirdi, yumruq kimi bir olmağın gücünü bizə göstərdi. Bu müharibə Xalq-Dövlət-Ordu vəhdəti ilə qazanıldı. Cəbhədə döyüşən Azərbaycan Ordusu, siyasi arenada dünyaya xalqının haqq səsini çatdıran Respublika Prezidenti, ordumuza, dövlətimizə inanan və ona hər cür köməyi, dəstəyi əsirgəməyən xalq birliyi dünyaya əzmin və dayanışmanın nümunəsi oldu. Canları, qanları bahasına Vətən torpağını qarış-qarış azad edən, Azərbaycan Republikasının ərazi bütövlüyünü təmin edən, Azərbaycanın işıqlı gələcəyi üçün öz canlarını heçə sayan, Vətən namusdur, Vətən anadır kəliməsini əldə bayraq edən Azərbaycan oğulları indiki yetişən hər bir Azərbaycan vətəndaşına örnək, qəhramanlıq nümunəsidir, Vətəni qalib edib, özləri qazi və şəhid oldular.

Müharibə dövründə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Türkiyə, Pakistan, İsrail, Ukrayna, Əfqanıstan, Şimali Kipr Türk Respublikası Azərbaycana bu haqq davasında daima dəstək olmuş, onun ərazi bütövlüyünü tanıdıqlarını bildirmişdir.

Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı. Hərbi əməliyyatların uğurlu nəticələri barədə Prezident şəxsən televiziyadan xalqa səslənir, qələbə xəbərlərini xalqa çatdırır, xalqa hər müraciətini “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” nidaları ilə bitirərək xalqın ürəyindəki Vətənə qovuşmaq arzusunu daha da alovlandırırdı. Azərbaycan vətəndaşları kiçikdən böyüyə kimi xəbərləri səbirsizliklə gözləyir, hər qələbə xəbərinə birgə sevinir, bayram edirdi.

Lakin həm cəbhədə, həm də siyasi arenada məğlubiyyətə uğrayan düşmən öz təcavüzünü dinc əhaliyə yönəldirdi. 44 günlük Vətən müharibəsi ərzində Ermənistan hakimiyyətinin tapşırığı ilə qaniçən erməni ordusu Gəncə şəhərini, Naftalanı, Bərdəni, Tərtəri, Mingəçeviri iri çaplı raket hücumuna məruz qoymuş, çox sayda mülkü əhalinin ölümünə və yaralanmasına səbəb olmuşdur. Lakin ordusunun, dövlətinin arxasında olan xalq qorxu bilməmiş, əhali evlərini tərk etməmiş, düşmənin bizi qorxuya salmaq tələsinə boyun əyməmiş, əksinə qorxmazlığı və birliyi ilə düşmənin gözünə qorxu salmışdır. Ermənistan ordusundan fərqli olaraqAzərbaycan ordusu düşmənin dinc əhalisinə insanpərvər münasibət bəsləmişdir,öz gücünü yalnız hərb meydanında göstərmişdir. Prezident İlham Əliyevin də dediyi kimi “Biz günahsız insanların qisasını yalnız döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki şəxslərə atəş açmayacağıq”.

Kiçiyindən böyüyünə, səngərlərdə vuruşan əsgərlərimizin, gündəlik həyatlarında düşmən təxribatına məruz qalaraq həyından keçən mülkü vətəndaşımızın, istər birinci Qarabağ, istərsə ikinci Qarabağ, istərsə də Azərbaycanın suverenliyi uğrunda döyüşən, canından keçən hər bir vətən övladının, bütün şəhidlərimizin qaşısında baş əyirik, onların bizə əmanət qoyduğu, qanları ilə suladiqları bu torpaqları canımız bahasına qoruyacağımıza and içirik.Allah bütün şəhidlərimizin məkanını cənnət eyləsin, ailələrinə, xalqımıza səbr versin. Qazilərimizə Allahdan şəfa diləyirik. Bu torpaq qəhrəmanlar yurdudur, igidlər yetişdirən Azərbaycan torpağıdır. Qarabağa qayıdışımıza aparan birinci ilimiz mübarək, dövlətimizin parlaq gələcəyinə aparan yolda gözümüz aydın olsun.

İşğal edilmiş ərazilərimizə, Qarabağa yeni nəfəs olmaq üçün qayıtmışıq !

 

AMEA Botanika İnstitutu

Gənc Alim və Mütəxəssislər şurasının sədri,

 b.ü.f.d. Lamiyə Abbasova

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.