Foto
Dilçilik İnstitutunun gənci Türkiyənin Konya şəhərində keçirilən VIII Ənənəvi “Türkologiya, Sənət və Mədəniyyət Tarixi” adlı yay məktəbində iştirak edib
Sen 02 , 2026 | 10:45 / Mühüm hadisələr
Oxunma ( 30 )

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Xəyal Əsgərli Türkiyənin Konya şəhərində keçirilən VIII Ənənəvi “Türkologiya, Sənət və Mədəniyyət Tarixi” adlı yay məktəbində iştirak edib.

Türkiyə Elmlər Akademiyası (TÜBA) və Türk Akademiyasının təşkilatçılığı, Səlcuq Universitetinin ev sahibliyi ilə keçirilən beynəlxalq yay məktəbi 23–30 avqust 2026-cı il tarixlərində Konya şəhərində baş tutub.

Türk dünyasının dil, tarix, sənət və mədəniyyət irsinin öyrənilməsinə həsr olunan yay məktəbi müxtəlif ölkələrdən olan alim və gənc tədqiqatçıları bir araya gətirib. Proqram çərçivəsində türkologiyanın aktual məsələləri, türk xalqlarının tarixi-mədəni irsi, sənət və mədəniyyət tarixi ilə bağlı mühazirələr, elmi təqdimatlar və müzakirələr keçirilib. Yay məktəbi iştirakçılar üçün müxtəlif elmi istiqamətlər üzrə fikir və təcrübə mübadiləsi aparmaq, beynəlxalq elmi əlaqələri genişləndirmək və Türk dünyasının alimləri arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətli platforma olub.

Xəyal Əsgərli yay məktəbində Azərbaycanı təmsil edərək müxtəlif ölkələrdən olan alim və tədqiqatçılarla elmi fikir mübadiləsində iştirak edib, türkologiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində görüşlərdə və müzakirələrdə iştirak edib.

Yay məktəbinin sonunda iştirakçılara proqramda iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub. Xəyal Əsgərliyə sertifikat Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Muzaffer Şeker tərəfindən təqdim edilib.

Dilcilik.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.