Okt 30 , 2026 | 11:22 / Mühüm hadisələr
26-28 oktyabr 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Sian şəhərində Beynəlxalq Elmlər Akademiyaları Assosasiyasının (MAAN) 39-cu iclası keçirilmişdir.
AMEA Gənclər Akademiyasının sədri, dosent Elmir Babayev iclasda iştirak etmişdir. O, MAAN tərkibində olan Gənc Alimlər Şurasının iclasında “Şuradan Akademiyaya: AMEA Gənclər Təşkilatının inkişafında yeni mərhələ” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə AMEA-da gənclər siyasətinin təşkili, gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi və onların akademik mühitdə rolunun gücləndirilməsi məsələlərinə diqqət yetirilib. Təqdimat çərçivəsində Gənclər Akademiyasının fəaliyyəti, gənc tədqiqatçıların elmi proseslərə cəlb olunması və onların təşəbbüslərinin dəstəklənməsi ilə bağlı təcrübənin beynəlxalq auditoriyaya çatdırılması üçün imkan yaranıb.
Səfər çərçivəsində Çin Xalq Respublikasının (ÇXR) İnsan Resursları və Sosial Təhlükəsizlik Nazirliyinin təşkilatçılığı və Şimal Politexnik Universitetinin ev sahibliyi ilə “Qlobal Cənubun Görkəmli Alimləri” konfransı keçirilmişdir.
Gənc alim konfransın proqramına uyğun olaraq keçirilən müvafiq sessiyalara qatılıb.
Səfər beynəlxalq elmi əməkdaşlığın inkişafı, gənc alimlər arasında əlaqələrin genişləndirilməsi və elmi təcrübə mübadiləsi baxımından əhəmiyyətli müzakirələrin aparılması üçün platforma olmuşdur.


















