Jurnala 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yazılmış məqalələr qəbul olunur. (İngilis dilində olan məqalələrin çapına üstünlük verilir) Təqdim olunan məqalələr aparılmış elmi tədqiqatın ən mühüm elmi nəticə və nailiyyətlərini özündə əks etdirməli, heç bir yerdə dərc edilməmiş olmalıdır. Tədqiqat xarakterli məqalənin həcmi jurnalın qaydalarına əsasən ən az 6 səhifə olmaqla, xülasə tipli məqalələr isə 15 səhifədən artıq olmamaqla tərtib edilərək təqdim edilməlidir.
Çap üçün məqalələr (Microsoft Word proqramında A4 formatında yığılmış .doc, .docx faylı şəklində) müvafiq elmi müəssisəsinin müşayiət məktubu, məqalənin məsul müəllifi tərəfindən imzalanmış bəyannamə və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə [email protected] elektron poçtu vasitəsilə redaksiyaya göndərilməlidir. Bunlarla bərabər məqaləniz üçün antiplagiat arayışı və rəyçi qismində sahəniz üzrə ixtisaslı iki mütəxəssisin əlaqə məlumatlarını (mobil nömrə və elektron ünvan) təqdim etməyiniz xahiş olunur.
Məqalənin quruluşu:
Məqalələrdə aşağıda göstərilən bölmələrin olması vacibdir. Bölmə başlıqları: Şrift-yağlı baş hərflərlə sol tərəfdən verilir:
Tədqiqat işinin yerinə yetirilməsində rolu olan şəxslərə və ya elmi müəssisələrə minnətdarlıq xarakterli MİNNƏTDARLIQ bölməsi də ƏDƏBİYYAT bölməsindən öncə gəlməli, 10 sətirdən çox olmamalıdır.
Humanitar və ictimai elm sahələrini əhatə edən məqalələr beynəlxalq standartlara cavab verən elmi araşdırmaların yazılma üsullarına uyğun giriş, əsas hissəni əhatə edən ən azı iki başlıq və nəticə hissəsindən ibarət olmalıdır.
Məqalənin tərtibi qaydaları:
QEYD:
-Sadalanan tələblərə cavab verməyən məqalələr qaytarılır. Məqalənin daxilolma tarixi onun redaksiya tərəfindən sonuncu dəfə qəbul edilən tarixi sayılır.
- Məqalədə göstərilən məlumat və faktların doğruluğuna görə müəllif məsuliyyət daşıyır.
- Redaksiyaya daxil olan məqalələr anonim rəyə verilir, redaksiya heyəti tərəfindən qaytarılan məqalələrə təkrar baxılmır. Düzəlişlər üçün müəllifə geri göndərilən məqalələr həmin tarixdən mütləq on gün müddətinə redaktə olunaraq yenidən göndərilməlidir.
- Jurnalda məqalələrin çapı ödənişsizdir.
Əlaqə vasitələri:
E-mail: [email protected]
AMEA RH, İstiqlaliyyət 30, V mərtəbə, otaq 411
Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.