Fotos
Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri “Zərifliyə ithafən” adlı sərgidə
May 11 , 2023 | 03:47 / Mühüm hadisələr
Oxunma ( 2472 )

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə təşkil edilən “Zərifliyə ithafən” adlı sərgini AMEA-nın müxtəlif institutlarını təmsil edən Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri ziyarət edib.

Şərqşünaslıqİnstitutunun əməkdaşlarının əl işləri nümayiş etdirilən sərgi ilə mayın 5-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, sədr müavini Şəfa Budaqova, Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günel Orucova və digər gənc alimlər tanış olublar.

Sərgidə nümayiş etdirilən rəsm və əl işləri ziyarətçilərdə müsbət təəssüratlar oyadıb və onların diqqətini cəlb edib.

Şərqşünaslıq İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.