Fotos
Gənc Alim və Mütəxəssislər Şurasının sədri beynəlxalq konfransda iştirak etmişdir
Okt 31 , 2022 | 10:41 / Mühüm hadisələr
Oxunma ( 2425 )

25-28 oktyabr 2022-ci il tarixlərində Belarusun paytaxtı Minsk şəhərində “Молодежь в науке – 2022” gənc alimlərin XIX Beynəlxalq elmi konfransı keçirilmişdir. AMEA-nın Gənc Alim və Müxtəxəssislər Şurasının sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fələsfə doktoru Elmir Babayev beynəlxalq konfransda iştirak etmişdir. Belarus Milli Elmlər Akademiyasında (BMEA) baş tutan konfransın açılışında gənc alim çıxış nitiqi ilə tədbir iştirakçılarını salamlamış və proqramın fəaliyyətinə uğurlar diləmişdir. Konfrans çərçivəsində Beynəlxalq Elmlər Akademiyaları Assosasiyasının (MAAN) Gənc Alimlər Şurasının (GAŞ) dəyirmi masası təşkil olunmuşdur. MAAN GAŞ-ın üzvü və Azərbaycan təmsilçisi kimi dəyirmi masada Elmir Babayev də iştirak etmişdir. Gənc alim konfransın proqramına uyğun olaraq keçirilən müvafiq sessiyalara qoşulmuşdur. Səfər çərçivəsində BMEA-nın nəzdində yer alan kimya institutlarına baş çəkən E.Babayev laboratoriya və maddi-texniki baza ilə tanış olmuş və gələcək birgə elmi əməkdaşlıqlara dair müzakirələr aparmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.