Noy 16 , 2022 | 01:47 / Mühüm hadisələr
Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üçün olan yekun hesabatlarının ardıcıl şəkildə təqdim olunaraq dinlənilməsinə davam edilir. Belə ki, 15 noyabr 2022-ci ildə Gənc Alim və Mütəxəssislər Şurasının Humanitar Bölməsinin sədrləri – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Şəfa Əliyeva, Nəsimi adına Dilçilik İnstitutundan Günel Orucova, Folklor İnstitutundan Xanım Mirzəyeva, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyindən Dilbər Hüseynova, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan Aytən Quliyeva və Memarlıq və İncəsənət İnstitutundan Əlləz Əhmədov illik hesabatlarını təqdim ediblər. Hesabatlarda gənc alimlərin dərc etdirdiyi məqalələr, iştirak etdikləri respublika və beynəlxalq konfranslar, nəşr olunan kitablar statistik rəqəmlərlə tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bundan əlavə 2022-ci ildə AMEA Humanitar Bölməsinə daxil olan institutların gənc alim və mütəxəssislərinin ölkənin ictimai həyatında yaxından iştirak etmələri, televiziya kanallarında və kütləvi informasiya vasitələrində çıxışları xüsusi vurğulanmışdır. Təqdim olunan hesabatlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın yenidən formalaşdırılması ilə bağlı imzaladığı məlum sərəncamdan sonra ölkədə elmi mühitin daha da canlanacağına və gənc alimlərin növbəti illərdə daha yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilmişdir.
Sonda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək, təqdim olunan hesabatları qənaətbəxş hesab etmiş və gələcəkdə gənc alimlərin qarşısına qoyulan hədəflərdən söhbət açmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.