GƏNC GELOQ ALİM VƏ TƏLƏBƏLƏRİN "GEOLOGİYA VƏ GEOFİZİKADA İNNOVASİYALAR" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK
Sen 26 , 2021 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 3479 )

AMEA Geologiya və Geofizika İnstitutu cari ilin 05 – 08 oktyabrında geologiya və geofizikanın müasir problemlərinə həsr olunan növbəti VIII gənc alim və mütəxəssislərin Beynəlxalq elmi konfransını keçirəcək. Konfrans respublikada geniş qeyd olunan Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunur. Konfransın Elmi Təşkilat Komitəsinə Azərbaycan daxil olmaqla 11 ölkənin (Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan, İtaliya, Gürcüstan, Misir və s.) gənc alim və tələbələrinin 50-dən çox məruzələrin tezisləri daxil olmuşdur. Məruzələr 5 elmi istiqaməti əhatə edir:

1. Yer qabığının tədqiqatlarında yeni yanaşmalar və metodlar;

2. Geoloji və geofiziki problemlərin həllində informasiya texnologiyaları;

3. Yer tarixinin dövrləşdirilməsi problemləri və geoloji hadisələrin korrelasiyası;

4. Karbohidrogen və filiz-maqmatik sistemləri;

5. Kompüter elmləri və Yer qabığının maddi və struktur təkamülünün geoloji-geodinamik qanunauyğunluqları.

İngilis dilində keçiriləcək Beynəlxalq elmi konfransın açılışı oktyabrın 05-də saat 11:00-də online formatda reallaşacaqdır. Konfransın açılış mərasimindən sonra Azərbaycan haqqında video rolik göstərilməsi nəzərdə tutulmuşdur.

https://sites.google.com/view/ggi2021

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.