Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “44 günlük qələbənin tarixi səlnaməsi” mövzusunda tədbir keçirilib
Noy 05 , 2021 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 3907 )

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitunun  Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə  noyabrın  5-i Zoom platforması üzərindən 8 Noyabr – Zəfər Günü münasibəti ilə “44 günlük qələbənin tarixi səlnaməsi” mövzusunda tədbir keçirilib.Tədbirdə torpaqlarımız uğrunda  canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbiri giriş sözü ilə açan   İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev  bildirib ki, “DəmirYumruq” əməliyyatı və ya İkinci Qarabağ müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Vətən müharibəsi savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular.Təsadüfi deyildi ki, arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər. Çıxış edən Azərbaycan bayrağı ordeni, Füzuli, Xocavənd, Cəbrayıl , Qubadlı rayonlarının işğaldan azad olunması medalları ilə təltif olunmuş Polkovnik Aydın Şixəliyev qeyd edib ki, gənclərimizin böyük səy, vətənpərvərlik nümayiş etdirdiyi  sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Aprel döyüşləri iştirakçısı Polkovnik-leytenant Eldəniz Sadıqov qeyd edib ki,  44 gün ərzində Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. 2020-ci il Noyabrın 8-də 28 illik həsrətdən sonra Xarıbülbülün vətəni, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.Tədbirin sonunda Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Humay İsayeva “Vətən müharibəsindəki Qələbənin gənclərimizin vətənpərvərlik tərbiyəsi işindəki əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Gənc alim çıxışında bildirib ki, ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq, bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz qalib xalq olaraq alnı açıq və qururla yaşayırıq.Vətənin parlaq gələcəyinin təmsilçisi olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını hər zaman doğrultmalıdırlar

Qələbən Mübarək, Azərbaycan!

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.