Fotos
Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alimlər və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 31 mart - azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbiri keçirilib
Mart 31 , 2017 | 03:32 / Mühüm hadisələr
Oxunma ( 2622 )
2017-ci il martın 30-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əl2aqələr və elmi kütləvi iş şöbəsi və Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə tarixçi alimlər, Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, Bakı şəhəri 39 saylı tam orta məktəbin şagirdləri və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri iştirak etdilər. 
Tədbiri giriş sözü ilə Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri t.ü.f.d. Bəhmən Kərimov açaraq qeyd etdi ki, 1998-ci ildən Azərbaycan Respublikasında 31 mart dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqının tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 
Sonra tədbir iştirakçıları Azərbaycanın azadlıq və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov çıxış edərək 1905-1906-cı illərdə azərbaycanlılara qarşı kütləvi şəkildə törədilən soyqırım faktlarını iştirakçıların nəzərinə çatdırdı: “"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycan torpaqlarını və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir”. 
Sonra tədbirdə iştirak edən AMEA Qafqazşünaslıq İnstitutunun Şimali Qafqaz tarixi şöbəsinin müdiri t.ü.f.d. Vasif Qafarov çıxış edərək, 1918-ci il 31 mart soyqırımı ilə bağlı bildirdi ki, 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni terrorçuları 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 12 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 168, Qarabağın dağlıq hissəsində 150, İrəvan quberniyasında 326, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirılmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, İrəvan şəhəri və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür. 
Nərimanov rayonu 39 saylı tam orta məktəbin direktoru  Tahirə Şükürova çıxış edərək, tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirdi və gələcəkdə də məktəblilərin maarifləndirilməsi istiqamətində bi kimi tədbirlərin tez-tez həyata keçirilməsini arzu etdi. 
Ən sonda tədbir iştirakçılarının sualları tarixçilər tərəfindən ətraflı cavablandırıldı və Muzeyin ekspozisiyasında yaradılan 31 mart - azərbaycanlıların soyqırımı bölməsinə ekskursiya edildi.   
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.