Fotos
AMEA Genetik Ehtiyatlar İnstitutunun alimi 11 günlük Mərakeşin Rabat şəhərində ezamiyyətdə olub
May 10 , 2017 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2660 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun “Rüşeym plazması” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova bu ilin aprel ayında 11 günlük Mərakeşin Rabat şəhərində ezamiyyətdə olmuşdur.

O, Quraq Ərazilərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzində (ICARDA) “İlkin seleksiya fəaliyyətləri vasitəsilə Genetik Ehtiyatların (GE) mühafizə və istifadəsi arasında davamlılığın möhkəmləndirilməsi” üzrə ixtisaslaşdırılmış təlim kursunda iştirak etmişdir.

 Təlimdə genetik ehtiyatların toplanılaraq Genbanklarda saxlanması, mühafizəsi, əlamət məlumatlarının toplanması (FİGS), növlərarası çarpazlaşdırmada maneələr və çarpazlaşdırma üçün sitogenetik  yanaşmalar,  rüşeymin ayrılması metodu və həmçinin iqlim dəyişkənliyi fonunda Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə mövcud sortların yabanı əcdadlar və uzaq coğrafi mənşəli məlum davamlılıq genlərinə malik mənbələrlə çarpazlaşdırılaraq yaxşılaşdırılması aspektləri və bu kimi mövzular üzrə mühazirə və seminarlar keçirilmişdir. Həmçinin genetik ehtiyatların mühafizəsindən istifadəsinə yönəlmiş ilkin seleksiya mərhələlərindən, qeyri-adaptiv (ekzotik), həmçinin adaptasiya olunmuş materiallarda  arzuedilən əlamət və ya genlərin identifikasiyası  və yaxşılaşdırma istiqamətində hər hansı bir seleksiya növü üzrə bütün fəaliyyətlərdən bəhs edilmişdir. Abiotik streslər, keyfiyyət üçün seleksiya meyarlarının tədqiqi və davamlılıq mənbələri  üçün seçmə, irsiyyət, genetik ehtiyat və hüceyrə plazmasının zənginləşdirilməsi və istifadəçilərin tələbinə uyğun sosial iqtisadi araşdırmalar haqda ətraflı məlumat verilmişdir.

S.Məmmədova kursu müvəffəqiyyətlə bitirmiş və müvafiq sertifikat almışdır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.