Fotos
Gənc alim “Beynəlxalq Axıska Türkləri Simpoziumu”nda məruzə edib
May 24 , 2017 | 08:24 / Mühüm hadisələr
Oxunma ( 2974 )

Türkiyə Cümhuriyyətinin Ərzincan Universitetində “Beynəlxalq Axıska Türkləri Simpoziumu” keçirilib. Tarix boyu öz vətənlərindən bir neçə dəfə sürgün olunan, ayrı-ayrı ölkələrdə yaşamağa məhkum edilən Axıska türklərinə həsr olunan  və dünyanın 15 ölkəsindən elm adamlarının qatıldığı bu ədəbi tədbirdə ümumilikdə 170 məruzə dinlənilib. 

Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçisi Nizami adına Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.f.d.,dos. Eşqanə Akif qızı Babayeva simpoziumda ""Salxım söyüdlərin kölgəsində" romanında Axıska türkləri" mövzusunda məruzə ilə təqdimat edib.

Gənc ədəbiyyatşünas alim məruzəsində Fırat Sunelin "Salxım söyüdlərin kölgəsində" romanını geniş təhlil etmiş, konflikt və xarakter üzərində dayanmış, ən başlıcası Axıska türklərinin köç problemini ətraflı təhlil etmişdir. O, bir sürgünün acı faciələrindən bəhs edən bu romanı təhlil edərkən, əsərin müharibəyə, qırğınlara qarşı yazılmış bir əsər olduğunu xüsusi vurğulamışdır. Məruzədə multikultural məsələlərə də toxunulmuşdur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.