Fotos
AMEA GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU GƏNC ALİMLƏRİN NÖVBƏTİ ELMİ SEMİNARINDA KİÇİK QAFQAZDA APARILAN TƏDQİQATLARIN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNUB
Okt 09 , 2017 | 07:00 / Mühüm hadisələr
Oxunma ( 3257 )

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislərin növbəti elmi seminarı baş tutub. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrliyi ilə keçirilən seminarda “Kiçik Qafqazın şimal-şərq dağətəklərinin üst təbaşir çöküntülərinin litostratiqrafiyası və onlarda seolit minerallaşması ” mövzusu ilə əlaqədar aparılan tədqiqatların nəticələri müzakirə edilib.

 İnstitutun Paleontologiya və stratiqrafiya şöbəsinin əməkdaşı, magistr Ərzuman Rizvanoğlunun təqdimatında dinlənilən elmi məruzədə  Kiçik Qafqazın şimal-şərq dağətəklərini təşkil edən Lök-Qarabağ struktur formasion zonasının bir hissəsi - Qazax çökəkliyi boyu üst təbaşir çöküntülərinin lito-stratiqrafik araşdırmaları, həmçinin tədqiqat obyektində təzahür edən seolit minerallaşması ilə əlaqədar əldə olunan nəticələr haqqında ümumi məlumatlar verilib.   Üst təbaşir yaşlı vulkanizmlə bağlı çökəklikdə formalaşan qeyri-filiz faydalı qazıntı yataqlarının timsalında Aydağ seolit yatağının proqnoz resursları qiymətləndirilib, süxurların komponent tərkibi öyrənilib və onların mümkün istifadə sahələri təklif olunub. 

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.