Müştərək beynəlxalq elmi konfrans keçiriləcək
Mart 16 , 2018 | 01:47 / Mühüm hadisələr
Oxunma ( 2915 )

12-14 may 2018-ci il tarixlərində Bakıda AMEA-nın Coğrafiya İnstitutu və İslam Ölkələrinin Okeanoqrafiya üzrə Beynəlxalq Elm və Texnologiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə "Daxili su hövzələrinin problemlərinin öyrənilməsi: Xəzər dənizi hövzəsi timsalında" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Sözügedən konfrans "İqlim dəyişmələrinin təsiri ilə Holosen dövründən indiyə kimi Xəzər dənizi səviyyə tərəddüdlərinin dinamikası: regionun ekologiyasına və iqtisadi-sosial vəziyyətinə təsiri" mövzusunda beynəlxalq layihənin başlanğıc mərhələsidir və Xəzər dənizi, Aral dənizi, Urmiya və Van göllərinin öyrənilməsində xüsusi önəm daşıyır.

Konfransın mövzuları:

- İqlim dəyişmələrinin səviyyə tərəddüdlərinə, bioresurslara, biomüxtəlifliyə, dənizin invaziv növlərinə təsiri, ekologiya və ərzaq şəbəkəsi: indiki zaman və gələcək;

- Hövzənin iqlim və hidrometeoroloji xüsusiyyətləri;

- Beynəlxalq əməkdaşlıq, sosial-iqtisadı inkişaf, sənaye və enerji, ərzaq, Xəzər dənizi regionunda su-ekosistemləri ilə əlaqə və balıqçılıq;

- Xəzər dənizi suyunun fiziki və kimyəvi xüsusiyyətləri;

- Geologiya, geomorfologiya və paleocoğrafiya.;

- Dəniz geofizikası, seysmologiya, seysmoloji təhlükənin qiymətləndirilməsi;

- Müasir iqlim trendlərinin tədqiqində məsafədən zondlama və CİS-in tətbiqi;

- Xəzər dənizi regionunun arxeologiyası və paleoarxeologiyası;

- Xəzər dənizi regionunun davamlı inkişafı, təhlükə və risklər;

- Çoxsaylı amillərin təsiri altında həssas Xəzər dənizi ekosisteminin dəyişməsi. 

Tədbirdə əyani iştirakın təsdiqi və məqalələrin qəbulu üçün son tarix 15 mart 2018-ci ildir (müraciətlərin artmasını nəzərə alaraq vaxt uzadılacaq). Məqalələrin tərtibi qaydaları ilə bağlı ətraflı məlumatı buradan əldə etmək olar.

Email: [email protected][email protected]

Konfransdan seçilmiş məqalələrin reytinqli jurnallarda çapı nəzərdə tutulur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.