Azərbaycan alimi yüksək impakt faktorlu jurnalda xarici həmmüəlliflərlə birgə məqalə dərc edib
May 22 , 2019 | 11:49 / Elmi nəşrlər
Oxunma ( 1989 )

MEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrin (Çin, ABŞ, Gürcüstan) həmmüəllifləri ilə birgə yüksək impakt faktorlu “Molecules” jurnalında Uzunsov ardıc (Juniperus oblonga) bitkisindən alınmış “Labdane və Abietanediterpenoids from Juniperusoblanga and their cytotoxic activity” adlı məqaləsi dərc olunub. 

Geniş spektroskopiya üsulu və kimyəvi vasitələrdən istifadə etməklə, əvvəlcədən təsvir edilməmiş diterpenoidin strukturu ayrılmış və müəyyən edilmişdir. Ayrılmış birləşmələr üç insan şiş hüceyrə xəttinə qarşı sitotoksik fəallıq üzrə qiymətləndirilmişdir. Bu məqalə J. oblonga növündən əldə edilən  diterpenoidlər haqqında ilk məlumatdır. Bundan əlavə, ilk dəfə olaraq Juniperus cinsinə aid 5 daha birləşmə müəyyən edilmişdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.