Doktorant və dissertantlar informatika və fəlsəfə fənnindən minimum imtahan verməyəcəklər
İyn 13 , 2019 | 07:29 /
Oxunma ( 4822 )

Fəlsəfə doktoru elmi dərəcəsinə iddia edən doktorant və dissertantları üçün müəyyənləşdirilmiş minimum imtahanlarının siyahısına bəzi dəyişikliklər edilib.  Bu haqda məlumat ölkə rəhbərinin "Elmi dərəcələrin verilməsi haqqında" təsdiq etdiyi Əsasnamədə qeyd edilir. Dəyişikliyə görə bundan sonra fəlsəfə doktoru elmi dərəcəsinə iddia edən doktorant  və dissertantlar informatika və fəlsəfə fənnindən minimum imtahan verməyəcəklər. Əsasnamədə deyilir: fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Fəlsəfə doktoru imtahanları fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının attestasiyasının əsas tərkib hissəsi olub, dissertasiyanın ilkin müzakirəsinədək verilir və iddiaçının ixtisas üzrə bilik səviyyəsini müəyyən edir. Fəlsəfə doktoru imtahanları aşağıdakı fənlər üzrə verilir: iddia olunan ixtisas fənni (dissertasiya iki ixtisas üzrə hazırlandığı halda həmin ixtisas fənlərinin hər birindən); xarici dil (ingilis, alman və ya fransız dillərindən biri);
Azərbaycan dili (əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün). İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanı iddiaçının seçiminə uyğun olaraq, dissertasiya işinin yerinə yetirildiyi və ya dissertasiya müdafiəsinin keçiriləcəyi elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində verilir. Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Fəlsəfə doktoru imtahanının keçirilməsi ilə bağlı xərcləri nəzdində imtahan komissiyası yaradılan elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi ödəyir. Fəlsəfə doktoru imtahanlarının keçirilmə qaydasını və proqramını Komissiya təsdiq edir və imtahan nəticələrinin qiymətləndirilməsi Komissiyanın müəyyən etdiyi meyarlar əsasında aparılır. İddiaçılara hər bir fəlsəfə doktoru imtahanı üzrə onun nəticəsini özündə əks etdirən və Komissiyanın müəyyən etdiyi formada şəhadətnamə verilir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.