Zoologiya institutunun gənc alimi Amerika Birləşmiş Ştatlarında tədqiqat işi aparır
İyn 15 , 2019 | 11:46 /
Oxunma ( 2231 )

AMEA Zoologiya institutunun Protozoologiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Qurbanova Türkan, Amerika Birləşmiş Ştatlarının Vyominq Universitetinin Baytarlıq şöbəsinin Parazitologiya laboratoriyasında (University of Wyoming, Department of Veterinary, Laboratory of Parasitology, USA) tədqiqat işi aparır. Tədqiqat işi  “Qoyunların parazitlərinin müasir vəziyyəti və epidemiologiyası” adlı bir illik qrant layihəsi çərcivəsində yerinə yetirilir. Layihə Vyominq Universitetinin “Global Perspectives Grant Program” fondu tərəfindən maliyyələşdirilir. Layihənin yerinə yetirilməsinin əsas məqsədi Azərbaycan və ABŞ-da böyük təsərrüfat əhəmiyyətinə malik olan qoyunların endoparazitlərinin müasir vəziyyətinin qiymətləndirilməsi, onların en yeni molekulyar metodların tədbiqi ilə təyin edilməsi, parazitofaunanın müqayisəli təhlilinin aparılması və onlara qarşı müasir mübarizə tədbirlərinin hazırlanmasından ibarətdir. Qeyd edək ki, layihə pilot xarakteri daşıyır və alınan nəticələrə əsasən geniş miqyaslı layihə şəklində yenidən işlənilməsi planlaşdırılır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.