“AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” müzakirə edilib
Sen 25 , 2019 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1308 )
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”na dair müzakirə aparılıb. Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti,akademik Akif Əlizadə hazırda AMEA-nın fəaliyyət dairəsinin xeyli genişləndirildiyini və səlahiyyətlərinin artdığını bildirib. Qeyd edib ki, müasir zamanın çağırışlarından, eyni zamanda respublikanın modernləşməyə və intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf istiqamətlərindən irəli gələrək, ölkəmizdə elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından akademiyanın qarşısına mühüm vəzifələr qoyulub.

Prezident İlham Əliyevin elm sahəsində idarəetmə sisteminin və elmi infrastrukturun modernləşdirilməsi, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə, dünya elminin inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, eləcə də Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində imzaladığı müvafiq sərəncamlara və həyata keçirilən mühüm tədbirlərə toxunan akademik A.Əlizadə görülmüş işlərin bütövlükdə Azərbaycan elminin, o cümlədən AMEA-nın inkişafına böyük təkan verdiyini deyib. Qarşıya qoyulmuş vəzifələrin kompleks icrasını təmin etmək məqsədilə növbəti beşillik mərhələ üçün “2020-2025-ci illər üzrə AMEA-nın Milli İnkişaf Proqramı”nın hazırlanmasına zərurət yarandığını vurğulayıb.
İclasda qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti proqramın hazırlanmasını məqsədəuyğun hesab edib. Sənədin icrasını təmin etmək məqsədilə işçi qrupu yaradılıb. Həmçinin AMEA-nın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının müvafiq idarə və şöbələrinə proqramla bağlı təkliflərini işçi qrupa təqdim etmək tapşırığı verilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.