Gənc alimin elmi məqaləsi Koreyanın yüksək impakt faktorlu jurnalında nəşr edilib
Dek 10 , 2019 | 06:00 / Elmi nəşrlər
Oxunma ( 2242 )

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun yeni elmi məqaləsi Koreyaya məxsus nüfuzlu  “Structural Engineering and Mechanics” jurnalında nəşr olunub. “Dispersion of axisymmetric longitudinal waves in a “hollow cylinder + surrounding medium” system with inhomogeneous initial stresses”  adlı məqalənın nəşr olunduğu jurnal “Struktur Mühəndislik və Mexanika Beynəlxalq Asossiasiyanın rəsmi elmi dərgisidir və 2,804 impakt faktora malikdir.  Sözügedən əsər  gənc mexanik alimin 2019-cu ildə “Web of Sciences” və “Scopus” bazalarında indeksləşən yüksək impakt faktorlu jurnallar nəşr edilən sayca dördüncü məqaləsidir. Tədqiqat mövzusu ilə əlaqədar doktorluq dissertasiyası yerinə yetirən perspektivli tədqiqatçının  bundan əvvəlki məqalələri ABŞ-a və Niderlanda məxsus yüksək impakt faktorlu jurnallarda işıq üzü görmüşdü.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.