Kimyaçı gənc alimlər Almaniyada keçirilən beynəlxalq onlayn konfransa qatılıblar
Noy 19 , 2020 | 03:47 / Mühüm hadisələr
Oxunma ( 1220 )

10-11 noyabr 2020-ci il tarixdə AMEA Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev və Neft-kimya Prosesləri İnstitutunun laboratoriya müdiri və Bakı Mühəndislik Universitetinin kafedra müdiri, k.ü.f.d., dosent Yusif Abdullayev Almaniyada onlayn rejimdə keçirilən 5ci Yaşıl və Davamlı Kimya Konfransına (5th Green and Sustainable Chemistry Conference) qatılıblar. Onlar ucuz maliyyəli [EtNH]HSO4 ion mayesinin katalizatoru iştirakında CO2-nin tsiklik karbonat, karbamatlara, karbamid və karbonilsulfatlara çevrilməsinin nəzəri və təcrübi tədqiqi. (Theory for low-cost [EtNH]HSO4 ionic liquid catalyzed CO2 conversion to cyclic carbonates, cyclic carbamates, cyclicureas, and cyclic carbonylsulfates) mövzularında məruzə etmişlər. Tədqiqatçıların araşdırmalarına görə, CO2-in atmosferdə miqdarının artması istixana effekti əmələ gətirdiyinə görə onun miqdarının azaldılması və sənaye əhəmiyyətli maddələrə çevrilməsi çox əhəmiyyətlidir. Müxtəlif nukleofil maddələr, məsələn diaminlər, aminospritlər, diollar və s. CO2-in çevrilməsində istifadə olunan başlanğıc maddələrdir. Bu maddələrin hansı CO2-in tutulması üçün daha effektiv olması nəzəri hesablamalar vasitəsi ilə tədqiq edilmişdir.

Məlumat üçün bildirək ki, bu elmi tədqiqatlar AMEA Neft-kimya Prosesləri və Aşqarlar Kimyası institutlarının SOCAR Elm Fondunun maliyyə dəstəyi ilə birgə həyata keçirdikləri “Neft-kimya sənayesində tətbiq oluna bilən yüksək keyfiyyətli üzvi reagentlərin alınması üçün zərif-üzvi sintez üsullarının kompüter tədqiqi” adlı layihəsi çərçivəsində yerinə yetirilmişdir Tədqiqatların nəticələri “Elcevier” nəşriyyatına daxil olan eyniadlı konfransın materiallarında çap olunmuşdur.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.