Fotos
Gənc alimin monoqrafiyası çap olunub
Dek 25 , 2020 | 11:20 / Elmi nəşrlər
Oxunma ( 1339 )

AMEA Biofizika İnstitutunun “Ekoloji biofizika” laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Ruhiyyə Quliyevanın monoqrafiyası işıq üzü görüb. “Azərbaycanda geniş yayılmış irsi-hematoloji patologiyaların biofiziki aspektləri” adlanan, İnstitutun Elmi Şurasının 29.10.2020-ci il tarixli 6/3  saylı qərarı ilə nəşr edilən “Savad” nəşriyyatında çap olunan monoqrafiyada bəhs olunan  mövzu, oksidləşdirici stresə həssas model kimi istifadə olunmuş irsi hemolitik anemiyalı insanların qan nümunələri üzərində aparılan tədqiqatlardan bəhs edir.

Kitabın müəllifi R.Quliyevanın sözlərinə görə, ətraf mühitin zərərli fiziki faktorlarının insan orqanizminə təsirinin öyrənilməsi məqsədi ilə yüksək gərginlikli, sənaye tezlikli (50 Hz) elektrik sahəsinin, UB şüalanmanın və ozonun təsiri ilə baş verən oksidləşdirici –destruktiv təsirlər və ona qarşı orqanizmin qoruyucu antioksidant mexanizmlərinə, o cümlədən antioksidant sistemin vacib komponenti olan Selenə aid geniş orjinal materiallar və ədəbiyyat məlumatları bu kitabda ümumiləşdirilmişdir. Monoqrafiyada əsas diqqət oksidləşməyə dayanıqlığı zəif, qlükoza-6-fosfat  dehidrogenaza enzimi çatışmazlığı olan eritrositlərin oksidləşdirici stres şəraitində müdafiə mexanizmlərinin araşdırılmasına verilmişdir.

156 səhifədən ibarət olan monoqrafiyadan müvafiq sahənin magistr, doktorant, disertant və mütəxəssislər faydalana bilər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.