AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu xarici jurnalda çap olunub
Fev 04 , 2021 | 07:00 / Elmi nəşrlər
Oxunma ( 1844 )

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşları Axundzadə Hacı Vahid və Rəna Xankişiyevanın həmmüəllif olduqları "Synthesis, crystal structure and antibacterial studies of dihydropyrimidines and their regioselectively oxidized products" adlı məqalə "Web of Science" bazasına daxil olan "RSC Advances" jurnalında (İmpact Factor: 3.119, Q1 quartile) çap olunub. Məqalə dihidropirimidin əsaslı birləşmələrin və onların regioselektiv oksidləşmə məhsullarının sintezi, kristal quruluşunun və antibakterial göstəricilərinin öyrənilməsinə həsr edilib. Məqalə Fransa, İtaliya, Tunis və Azərbaycandan olan alimlərin birgə əməyi nəticəsində ərsəyə gəlib və bu məqalə həmmüəlliflərin artıq ikinci məqaləsidir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.