Gənc alimin məqaləsi Koreyanın yüksək impakt faktorlu jurnalında nəşr edilib
Mart 10 , 2021 | 12:16 / Elmi nəşrlər
Oxunma ( 1712 )

MEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Sürüncəklik nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun “Daxili və xarici hidrostatik təzyiqlərdən yaranan qeyri-bircins ilkin gərginlikli içiboş ikiqat silindirdə burulma dalğa dispersiyası” adlı məqaləsi Koreyanın “Structural Engineering and Mechanics” jurnalında dərc olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalənin dərc olunduğu jurnal Struktur Mühəndislik və Mexanika Beynəlxalq Assosiasiyanın rəsmi elmi dərgisidir və 2,984 impakt faktora malikdir.

Tədqiqat mövzusu ilə əlaqədar doktorluq dissertasiyası yerinə yetirən tədqiqatçının bundan əvvəlki məqalələri ABŞ-a və Niderlanda məxsus yüksək impakt faktorlu jurnallarda dərc edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.