Azərbaycan elmi ictimaiyyətinin qürur günü-“Elm Günü”
Mart 27 , 2021 | 04:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 2627 )

 Elmi ictimaiyyət üçün mühüm tarixi hadisə olan Dünya Elm Günü 2001-ci ildə YUNESKO-nun qərarı ilə təsis edilib. YUNESKO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə dünya elm günü” elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bu bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Dünyanın əksər ölkələrində qeyd olunan bu günün məqsədi beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin inkişafına təsirini artırmaq, qlobal problemlərin həlli üçün elmlə ictimaiyyətin birliyini təmin etməkdir.

Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühim rol oynayır. Vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı ilə vacib amillərdəndir.

“Elm Günü” YUNESKO-nun təşkilatçılığı ilə keçirilən elmi iclaslarda, seminarlarda, konfrans və festivallarda qeyd edilir və hər il müəyyən bir mövzuya həsr olunur.

Bu gün dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da “Elm günü” böyük qürur hissi ilə keçirilir. Martın 27-si Azərbaycanda “Elm Günü” kimi qeyd edilir. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Resublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsində göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır. Bu gün resublikamızda elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən vacib və aktual məsələlərdəndir. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

Hazırda AMEA, Prezident İlham Əliyevin apardığı geniş miqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqamətində, ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir. Elmin təbliği və alimlərimizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək məqsədilə görülən işlər, qəbul olunan fərman və sərəncamlar elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu sübut edir.

 Təsadüfi deyil ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə İnstitutlarda məktəblilərlə görüş, açıq qapı günləri, müxtəlif layihələri , elmimizin nailiyyətlərini, yeni innovasiyaları nümayiş etdirmək, elmin təbliğinə nail olmaq, cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək məqsədi   ilə bir sıra elmi-praktiki tədbirlər keçirilib.

Həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçığı ilə 2019-cu il “Elm günü”ü ilə əlaqədar elan olunmuş “Biologiya və aqrar sahədə səmərəli tətbiq işi” mövzusunda müsabiqəyə həsr olunan tədbir keçirilib. Bu müsabiqədə AMEA-nın müxtəlif İnstitutlarından və digər müəssisələrdən gənc alim və mütəxəssislər iştirak ediblər.

“Elm günü”nə həsr edilən müsabiqə ölkəmizdə savadlı, yüksəkixtisaslı gənclərin yetişməsində, onların elmə cəlb olunmasında, potensiallarının üzə çıxarılmasında, aqrar və digər sahələrin inkişafında böyük əhəmiyyət daşıyırdı. Müsabiqədə münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar. Qaliblərə diplom, iştirakçılara isə sertifikatlar təqdim olunub.

17 iyun 2020-ci il tarixində isə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şuasının təşkilatçılığı ilə tələbə, magistr, doktorant və dissertantların onlayn rejimdə elmi-praktik konfransı keçirilib. “Ətraf mühit problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda COVİD-19 pandemiyası ilə əlaqədar karantin qaydalarına əməl olunaraq təşkil olunan bu elmi tədbir “Elm günü”nə həsr olunmuşdur. Tələbə, magistr, doktorant və dissertantlar üçün ixtisaslaşmış belə bir konfransın keçirilməsinin əhəmiyyəti AMEA-da doktorantura (dissertantura) ilə yanaşı magistratura təhsilini də böyük elmin astanası kimi xarakterizə etmək, AMEA magistrların timsalında elm yolunda yenicə addım atmağa başlayan bütün gənclərə elm və təhsil fəaliyyətində uğurları artırmaq, bu kimi tədbirlərin gənc tədqiqatçılar arasında elmi əlaqələrin inkişafına zəmin yaratmaqdan ibarətdir. Postpandemiya dövründə konfransa 53 tezis müraciətlə qəbul olunub. Onlayn konfransda bu mövzular ətrafında maraqlı müzakirələr aparılıb. Tərəfimizdən təşkil olunan “Elm günü”nə həsr olunan tələbə, magistr və doktorantlar (dissertantlar) arasında keçirilən “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda Elmi-Praktiki Konfransın materialları çap olunub.

“Elm günü”nün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, Azərbaycan elmində olan çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir. Biz gənclər olaraq “Elm günü”nün ölkəmizin müasir elminin  inkişafında əhəmiyyətini və bu günün necə qürurverici olduğunu anlayarıq.

Elm günün mübarək, Azərbaycan! 

Fərid Mustafayev

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.