Apr 26 , 2021 | 10:35 / Mühüm hadisələr
24 may 2021-ci il tarixində AMEA-nın Neft və Qaz İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Neft-qaz problemləri və perspektivləri” mövzusunda Gənc Alim və Mütəxəssislər Şurasının onlayn respublika elmi-praktiki konfransı keçiriləcək.
Tədbirdə aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq:
- Neft və qaz geologiyası;
- Geokimya;
- Geofizika;
- Geodinamika;
- Geoekologiya;
- Hidrogeologiya;
- Quyu qazma texnologiyaları.
Konfransa tezislərin göndərilməsinə dair tələblər:
- məqalə iki tam A4 səhifədən çox ola bilməz. Haşiyələrin ölçüsü yuxarı, aşağı, sağ və soldan 2,54 sm;
- məqalənin başlığı ortada böyük hərflərlə Times New Roman şrifti, qalın, 12 pt, uzunluğu 2 sətirdən çox olmamalıdır (mərkəzləşdirilmiş);
- başlıqdan sonra boş sətir yoxdur, müəlliflərin adları ortada Times New Roman şrifti, normal, 12 pt;
- məqalənin əsas mətni Times New Roman şrifti, 12 pt, həm sol, həm də sağdan bərabər olmalıdır. Hər bir abzasın birinci sətri şəkil başlığı və istinadlar istisna olmaqla, 0,75 sm ilə girintili olmalıdır. Paraqraflar arasında boşluq / boş sətir əlavə edilməməlidir.
Tezislər 14 may tarixinə qədər [email protected] email adresinə göndərilməlidir.
Ünvan: AZ1000, Bakı şəh., F.Əmirov küç., 9