Fotos
AMEA Dendrologiya İnstitutun Zəfər tv kanalının Elm və Həyat verlişinə iki hissəli reportajlar hazırlanıb
Sen 13 , 2021 | 10:09 /
Oxunma ( 1021 )

АMEА-nın Dendrologiya İnstitutunun İcimaiyyətlə əlaqələr şöbəsi 04.09.2021 – ci il tarixindən - 10.09.2021-ci il tarixinə qədər Dendrologiya İnstitutu əməkdaşları ilə bərabər elmi ezamiyətdə olmuş, Kiçik Qafqazın şimal-şərq hissəsinə Göy-göl Milli Parkına - Göygöl Milli parkının dendroflorasıda aparılan monitorinqi haqqında İnstitutun Zəfər tv kanalının Elm və Həyat verlişinə iki hissəli reportajlar hazırlamışdır.

АMEА-nın Dendrologiya İnstitutunun 2021-ci il elmi-tədqiqаt iş planına uyğun olaraq əməkdaşlar Kiçik Qafqazın şimal-şərq hissəsinə Göy-göl Milli Parkına - Göygöl Milli parkının dendroflorasının tədqiqi, Göygöl Milli parkının dominant növlərinin dendroxronoloji və dendroiqlim tədqiqi, Göy-göl Milli Parkının dendroflorasında olan növlərin landşaft memarlığında istifadəsi mərhələlərinin icrasını həyata keçirmək məqsədi ilə 04.09.2021-ci il tarixindən  10.09.2021-ci il tarixinə qədər elmi ezamiyətdə olublar.

Göy-göl Milli Parkı Kiçik Qafqazın şimal şərqində Murov silsiləsindən başlayaraq Kürək çaya qədər olan ərazidə yerləşir. Dəniz səviyyəsindən 1100-3724 m. hündürlükdə olan ərazinin meşəlik ərazisi 5094 ha, Alp və Subalp çəmənlik ərazisi 7557 ha-dır.

Göy-göl Milli Parkının təbii bitki ehtiyatları iqlimdən asılı olaraq zəngin və rəngarəngdir. Göy-gölün meşəsində bitkilərin yarus təşkil etməsinin əsas səbəbi işıq, istilik, rütubətdir. Buna görə də bitkilər meşədə bir neçə yaruslarda yerləşirlər. Bitki örtüyünün formalaşmasında ekoloji amillər, torpaq, orfoqrafik, genoloji amillər əsas rol oynayır. Yaruslarda ağaclarin müqayisəli şəkildə istər boy, istərsə də yarpaq və meyvələrdə gözə çarpacaq dərəcədə fərqlilik müşahidə olunmuşdur. Bitkilərin inkişafı və zonalar üzrə yerləşməsi torpaq örtüyündən çox asılıdır.

Ərazidə olan növlərin əksəriyyətinin arealları əvvəlki illərə nisbətən dəyişmiş və bəzi bitki növləri çoxalmış, bəzilərinin genofondu təhlükə ilə üz-üzə qalmışdır. Bu baxımdan öyrənilən bitkilərin areallarının kiçilmə səbəbləri araşdırılmış, həmin bitkilərin ƏMBMİ-nın (İUCN) 3.1 versiyasına əsasən təhlükə meyarları, bioloji xüsusiyyətləri, ehtiyatı, təbii ehtiyatının dəyişilmə səbəbləri üzrə tədqiqatlar aparılmışdır. Məlum olmuşdur ki, meşələrdə iqlim dəyişkənliyi nəticəsində son dövrlər bəzi bitkilərin arealları daralıb, bəzi növlər öz areallarını tamamilə dəyişib. Ölkəmizdə ekoloji tarazılığın saxlanması və nadir incilərimizin tanınması və mühafizə edilməsi baxımından Göy-göl Milli Parkının fəaliyyəti danılmazdır. Ekspedisiya zamanı respublikanın flora biomüxtəlifliyi, o cümlədən ağac və kolların növ tərkibi, bioekoloji xüsusiyyətləri, yayılma arealları kompleks şəkildə tədqiq edilib.

Tədqiqatlar müvafiq qaydada aparılmış, DJI Phantom 4 DRON vasitəsiylə 30-400 m yüksəklikdən və dəqiq koordinatların təyini üçün CPS-dən istifadə etməklə hazırlıq, çöl və kameral işləri görülmüşdür. Tədqiqat ərazisində hündürlüyə qalxdıqca ağacların seyrəlməsi və cavanlaşması müşahidə olunur. Relyef bitki örtüyünün tərkibinə və sıxlığına təsir göstərməklə, torpaqəmələgəlmə prosesində iştirak edir. Ərazidə meşə və meşə altından çıxmış dağ-bozqır bitkiləri inkişaf etmişdir.

Çaykənd (Göygöl) ərazisində lokal formada Paliurus Mill., Frangula Mill., Cotoneaster saxsatilis Cotoneaster Medic., Coryulus L., Sprea L., Crataegus L., Rhus L., Acer L., Quercus L., Ulmus L., Carpinus L. və s. cinslərindən olan bitkilər xüsusi formasiylar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir. Göy-göl Milli Parkında aparılan  tədqiqatlar nəticəsində Fagus orientalis Lipsky, Carpinus orientalis Mill., Carpinus betulus L., Quercus iberica, Quercus macranthera Fisch. & C.A.Mey. ex Hohen., Celtis glabrata Steven ex Planch, Celtis caucasica Willd, Acer pseudoplatanus və s. kimi növlər həmin ərazilərdə üstünlük təşkil etdiyi məlum olmuşdur. Göy-göl Milli parkının ərazisində 9 göl mövcuddur ki, bu da 109 ha. sahəni əhatə edir. Gölətrafı hövzələrdə, gölməçələrdə və bataqlıqlarda Phragmites australis, Typha angustifolia, Scirpus lacustris, Potamogeton pectinature, Juncus acutus və s. növlər  assosasiyalar təşkil edir. 

Göy-göl rütubətliyinin orta dərəcəsində, yamaclarında, qonur dağ meşə torpaqlarında mezofitlər inkişaf etsə də, meşənin əsasını Acer L, Quercus L., Populus L., Salix L., Ulmus L., Rhamnus L., Cornus L., Coryulus L., Pyurus L., Cotinus L. Tamarix L., Morus L.,Sambucus L., Pyracantha Roem., Rosa L., Rubus L., Euonymus L. Sorbus L., Carpinus L., Mespilus L, Tilia L, Fraxinus L., Betula L., Rhus L. Crataegus L., Sprea L., Paliurus Mill., Frangula Mill., Cotoneaster Medic., və s. təbii ağac və kol cinslərinin növləri xüsusi formasiylar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir.  

Göy-gölün mənsəbinə yaxın məsafədə, dəniz səviyyəsindən 1600 m-dən başlayaraq 3000 m. hündürlüyü olan 27 ha. ərazidə, ikinci yarusda tərəfimizdən aparılan elmi araşdırmalar nəticəsində 15-20 sm ölçüdən başlayaraq 12 m. hündürlüyə qədər müxtəlif ölçülərdə, kağız tozağacı (Betula Papyrifera Marsh) təbii halda yayılmışdır.

Azərbaycan meşələrinin nadir inciləri: Taxus baccata L., Pinus Kochiana Klotzch in C.Coch., Tilia caucasica, Cotoneaster saxatilis Pojark. və s.növləri tədqiqatlar nəticəsində aşkar edilmişdir.

Beləliklə, Göygöl Milli parkının dendrofiorasının taksonomik tərkibi, dominant növlərinin dendroxronoloji və dendroiqlim tədqiqi, Göy-göl Milli Parkının dendroflorasında olan növlərin landşaft memarlığında istifadəsi mərhələlərinin icrası həyata keçirildi. Göygöl Milli parkının dendrofiorası Engler və APG III-IV sistemləri əsasında kompleks şəkildə təhlil edilmişdir. Bəzi növlərdən dendroxronoloji tədqiqatların aparılması üçün ağac nüsxələrindən (7  növ ağac nüsxəsindən), toxum (6 növdən) və herbari (370 nüsxə herbari) nümunələri götürülmüşdür.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.