Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Yan 28 , 2022 | 09:28 / Mühüm hadisələr
Oxunma ( 760 )

Yanvarın ayının 28-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Günay Hacıyeva “HD164613(F2II) ulduzunun fundamental parametrləri” mövzusunda məruzə ilə çıxış edib.

İşdə model və parallaksın tətbiqi üsulu ilə HD164613 nəhəng ulduzunun atmosferi tədqiq olunmuşdur. [c1], b, Q fotometrik kəmiyyətlərinin və hidrogenin Balmer seriyasının spektral xətlərinin ekvivalent enlərinin müşahidə və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi və parallaksın tətbiqi əsasında ulduzun effektiv temperaturı Teff =6800 K və səthində ağırlıq qüvvəsinin təcili g=2.6 təyin edilmişdir. FeII xətləri əsasında mikroturbulentlik  ξt=3 km/san və metallıq log ϵ (Fe) =7.36±0.12 təyin edilmişdir. Aşkar edilmişdir ki, ağırlıq qüvvəsinin təcili g kiçikdirsə mikroturbulent hərəkət sürəti ξt böyükdür.

Ulduzun  spektrləri AMEA ŞAR-nın 2 metrlik teleskopunda CCD matrisalı spektroqraf ilə alınmışdır (R=56000, S/N=150-400). Spektrlər DECH proqramı ilə işlənmiş, spektral xətlərin ekvivalent enləri ölçülmüşdür.

Tədqiqat işinin nəticəsi olaraq müəyyən edilmişdir ki, ulduzun atmosferində metallıq Günəşdəki metallığa yaxındır. Bu isə onu göstərir ki, tədqiq edilən ulduz və Günəş eyni metallıqlı maddədən yaranmışdır. Bu nəticə, ulduzların kimyəvi təkamül nəzəriyyəsi baxımından əhəmiyyətli nəticədir.

Seminar iştirakçılarının marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.